Ermənistanın Azərbaycana təcavüzü

Mudafie Nazirliyi future

Azərbaycanın müdafiə naziri: “Erməniləri işğal etdikləri ərazilərdə dinc oturmağa qoymayacağıq”

Mudafie Nazirliyi

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əsaslı təmirdən sonra istifadəyə verilmiş Silahlı Qüvvələrin Hərbi Tibb Fakültəsində olub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Z. Həsənov çıxışında ordu həyatında tibb xidməti sahəsinin vacib istiqamətlərdən biri olduğunu xüsusi qeyd edib.

“Əsgərin xidmət etdiyi bütün sahələrdə hərbi həkimlərin fəaliyyəti diqqəti cəlb edir. Belə olan halda hər bir həkim üzərinə düşən məsuliyyət hissini artırmalıdır. Bölmələrdə şəxsi və ictimai gigiyena qaydalarına əməl edilməsində komandir tələbkarlığının artırılmasında sizin fəaliyyətiniz yetərincə olmalıdır. Ordumuzda xəstəliklərə rast gəlinməməsi üçün bu istiqamətdə təxirəsalınmaz tədbirlərin müntəzəm şəkildə həyata keçirilməsi vacibdir. Şəxsi heyətin geyiminə, qidalanmasına, məişət şəraitinə nəzarət etməklə, əsgərin sağlamlığını tam qorumaq mümkündür. Dövlətin, xalqın güvəndiyi və torpaqlarımızı qoruyan hərbi qulluqçuların sağlamlığı hər birimiz üçün önəmlidir”, – deyə nazir bildirib.

O, Hərbi Tibb Fakültəsində müasir tələblərə cavab verən laboratoriya otaqlarının, fənn kabinetlərinin, simulyasiya mərkəzinin fəaliyyət göstərməsini gələcəyin peşəkar hərbi həkim kadrlarının hazırlanmasında mühüm rol oynadığını vurğulayıb.

Elxan Süleymanov kicik

Elxan Süleymanov: Məğlubiyyət təşvişi bütün Ermənistanı, erməniləri və ermənipərəst qüvvələri hərəkətə gətirib

Elxan Süleymanov

Elxan Süleymanov,

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü 

Ermənistan nümayəndə heyəti bayram günlərində də ciddi iş aparmış, yanvarın 8-dən 25-nə qədər isə Avropa Şurasına üzv olan ölkələrə ezam ediləcək və onlar həmin ölkələrdən AŞPA-da təmsil olunan deputatlarla ayrılıqda söhbətlər aparacaqlar. Bizim hər birimiz nə etməli olduğumuzu və kimlərlə görüşmək lazım olduğunu bilirik. Bu, təkcə nümayəndə heyətinə daxil olan şəxslərə deyil, prosesdə iştirak edən hər kəsə aiddir” – Bu fikir bu günlərdə Ermənistan mətbuatında geniş şərh edilmişdir. Onlar bu sözləri AŞPA-nın Siyasi Məsələlər və Sosial Məsələlər Komitələrində 2015-ci ilin noyabr ayında qəbul edilmiş “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” və “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamələrin qurumun qış sessiyasında müzakirəsinə  münasibət bildirərkən demişlər. Bununla Ermənistanın AŞPA-nın plenar iclasına nə dərəcədə ciddi hazırlaşdığı və yanvarın 26-da bu qətnamələrin təsdiq edilməsinin qarşısını almaq üçün hamılıqla  Avropa ölkələrinə yollandıqları açıq ifadə edilir.

AVCİYA-nın “Sərsəng harayı” layihəsi beynəlxalq arenada

1378384900_copy-of-logo-serseng-new-3

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Sərsəng harayı” layihəsinin icrasına 25 may 2013-cü ildə başladı. Layihənin əsas məqsədi beynəlxalq ictimaiyyət, nüfuzlu beynəlxalq qurumlar tərəfindən Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozmaqla qeyri-qanuni blokada etməsininin kəskin şəkildə pislənilməsinə, Ermənistanın su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə məcbur edilməsinə nail olmaq idi. Layihə çərçivəsində Sərsəng su anbarının təsiri altında olan rayonlarda dəyirmi masalar, rəsm müsabiqəsi, Sərsəngə yürüş aksiyası və sair bu kimi tədbirlər keçirilmiş, beynəlxalq konfrans təşkil edilmiş, “Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri”, “Sərsəng SOS: Humanitar Böhran Təhdidi“ və “Sərsəng SOS: Məhvə Məhkum Ətraf Mühit“ adlı kitablar nəşr edilmişdir. Sərsəng probleminin beynəlxalq aləmə çatdırılması üçün  Sərsəngin təsiri altında olan rayonların sakinlərinin minlərlə məktubları, onların  həyəcanlı çağırışları beynəlxalq təşkilatlara ötürülürdü.

Elxan Süleymanov: “Ümid edirəm ki, AŞPA-nın yanvar sessiyasında Azərbaycanın haqq səsi eşidiləcək”

Elxan Suleymanov

AzərbaycanınAŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya müsahibəsi

AŞPA-nın yanvar sessiyasında Sizin müəllifliyinizlə təqdim edilmiş qətnamə təklifi əsasında hazırlanmış və qəbul edilmiş hər iki qətnamə plenar iclasda müzakirə ediləcək. Bu müzakirədən gözləntiləriniz nədən ibarətdir?

AŞPA Bürosunun 26 noyabr 2015-ci ildə Sofiyada keçirilən iclasında Azərbaycanla bağlı vacib qərar qəbul edildi. Bu qərar “AzərbaycanınDağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” və “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnamələrinin təsdiq üçün Assambleyanın 2016-cı ilin yanvar sessiyasında müzakirəyə çıxarılmasını nəzərdə tutur. Qeyd edilən qətnamələrin müzakirəsi Assambleyanın 27 yanvar tarixli plenar iclasının gündəliyinə daxil edilib. Bu qətnamələr ayrı-ayrılıqda müzakirə edilərək, bir yerdə səsə qoyulacaq.

dilqem_shahbaz kicik

Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevdən yeni xəbər

dilqem_shahbaz

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara – Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyindən Trend-ə verilən məlumata görə, məqsəd onların saxlanma şəraiti ilə yaxından tanış olmaq və ailələri ilə məlumat mübadiləsini təmin etmək olub. Onlara ailələri barəsində xəbərlər çatdırılıb və onlardan ailələri üçün məlumat alınıb.