Ermənistanın Azərbaycana təcavüzü

AVRONEST PA-nın vitse-prezidenti Elxan Süleymanov Avropa Parlamentinə müraciət edib

Elxan Süleymanov
Müraciətdə deyilir:

” Hörmətli üzvlər, Azərbaycanın Avronest PA-nın vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi, 15 aprel 2015-ci ildə Brüsseldə qondarma erməni soyqırımının yüzilliyinə dair keçirdiyiniz müzakirə və səsverməyə, qəbul edilən qətnaməyə öz qəti etirazımı bildirmək üçün yazıram. Qurumunuzun bu uğursuz qərarına böyük narazılığımı və təhlükəsizlik baxımından onsuz da həssas olan regionda sabitliyi pozmaq istiqamətindəki bu cəhdinə təəccübümü ifadə etmək istərdim.