Netty2014 Nominants

Ermənistanın Azərbaycana təcavüzü

Azərbaycan Respublika Prezidentinin Səlahiyyətini həyata keçirən Respublika Ali Sovetinin sədri Heydər Əliyevin bəyanatı – 27 avqust 1993-cü il

Beş ildən artıqdır ki, Azərbaycan Respublikası Ermənistanın təcavüzünə məruz qalmışdır. Bu təcavüzün gündən-günə genişlənməsi nəticəsində yüzlərlə kəndlərimiz, yaşayış məntəqələrimiz düşmən tərəfindən zəbt olunmuş, yandırılmış və dağıdılmışdır. Amansız müharibədə minlərlə adam həlak olmuş və itkin düşmüşdür. Ermənistanın Azərbaycana qarşı elan olunmamış müharibəsində yüz minlərlə vətəndaş ev-eşiksiz qalmış, öz torpaqlarından didərgin olmuşdur.

ATƏT-in Lissabon Zirvə görüşü başa çatdıqdan dərhal sonra mətbuat konfransında Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı – 3 dekabr 1996-cı il

Xanımlar və cənablar! ATƏT-in Lissabon sammitinin iclası yenicə başa çatmışdır. Azərbaycan nümayəndə heyəti bütün məsələlər haqqında Lissabon sammitinin qərarlarından razıdır. Biz belə hesab edirik ki, Avropada təhlükəsizlik və əməkdaşlıq işində daha bir böyük addım atılmışdır.