Ermənistanın Azərbaycana təcavüzü

İtaliyanın “Daily Cases” internet portalı: Mətbuatın Dağlıq Qarabağla bağlı susqunluğu istər-istəməz onu bu böyük ədalətsizliyin ortağına çevirir

İtaliyanın Daily CasesAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 13-15-də İtaliyaya rəsmi səfəri bu ölkənin mətbuatının diqqət mərkəzində qalmaqda davam edir.
İtaliyanın “Daily Cases” internet portalında dərc edilmiş “Dağlıq Qarabağla bağlı “mətbuatın susqunluğu” sərlövhəli məqalədə Trans-Adriatik boru kəməri və Azərbaycanın Roma şəhərindəki Fori İmperialidə bərpa işlərinə vəsait ayırmaq niyyətinin səfərlə bağlı mətbuatda ən çox işıqlandırılan mövzular olduğu bildirilir.

Prezident İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsi böyük regional təhlükədir”

foto_ilham_aliyev

“Azərbaycanın ərazi bütövlüyü uzun illərdir ki, pozulub. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində 20 faiz torpağımız işğal altındadır, bir milyondan artıq qaçqın-köçkün var. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bu gün dünyanın 10 ölkəsi Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyır”.