HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Ermənistanın Azərbaycana təcavüzü

ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

14594308073156247740_1000x669

ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu fikir Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin mətbuat katibi Con Kirbinin Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ dövlət katibi Con Kerrinin görüşünün nəticələrinə dair yaydığı bəyanatda qeyd edilib.

Qarabağ düyünü

ввв

Sovetlər birliyinin dağılması ərəfəsində xalqımızın tarixində ən ağrılı məsələlərdən olan Dağlıq Qarabağ problemi yenidən gündəmə gəldi. Ermənistan beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsini pozaraq?

ERMƏNİSTANIN AZƏRBAYCAN RESPUBLİKASINA TƏCAVÜZÜNÜN QURBANI OLMUŞ QADINLAR VƏ UŞAQLAR BARƏDƏ ARAYIŞ

esirlik

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, erməni tərəfi “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyalarını, onların insan haqları ilə əlaqədar tələblərini kobud surətdə pozur, Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridir. Dinc əhalinin kütləvi şəkildə qırılması, girov götürülməsi, dözülməz işgəncələrə məruz qoyulması, heysiyyətlərinin tapdanması, şantaj, hədə-qorxu, alver obyektinə çevrilməsi söylədiklərimizə əyani bir sübutdur.

Elxan Süleymanov: AŞPA-nın 2085 (2016) saylı qətnaməsilə Ermənistana işğalçı damğasının vurulması bu ölkəni təlaş içərisində saxlayır

DSC_8177a

AŞPA-nın yanvar sessiyasında 2085 (2016) saylı qətnamə qəbul edildikdən sonra Ermənistan siyasi mühitində yaranmış isteriya vəziyyəti səngimək bilmir. Bu ölkənin siyasi elitasının müxtəlif səviyyəli nümayəndələri istənilən fürsətdən istifadə edərək, Ermənistan KİV-lərində Azərbaycan tərəfinə, qeyd edilən qətnaməni dəstəkləmiş AŞPA üzvlərinə, bu qətnaməyə istinad edən hər kəsə, o cümlədən AŞPA rəhbərlərinə qarşı böhtanlarla dolu və təhqiredici ifadələr işlətməkdən belə çəkinmirlər.