HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

xocalı soyqırımı

Xocalı faciəsi fotosənədlərdə

1905.az portalı Azərbaycan Fotoqrafları Birliyinin arxivindən olan  26 fevral 1992-ci ildə Xocalıda baş verən hadisələrlə bağlı fotoları təqdim edir. Fotoqraflar: Xalid Əsgərov, İlqar Cəfərov, Mirnaib Həsənoğlu, Frederik Lenqeyn (Fransa)

 

Xocalı soyqırımının törədilməsindən 30 il ötür

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında Xocalı soyqırımı xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi.