məqalələr

Qaradagli

Qaradağlı soyqırımı – Xocalıya gedən yol

Qaradagli

1992-ci il fevralın 17-də erməni millətçiləri keçmış sovet ordusunun 366-cı motoatıcı alayının köməyi, Ermənistanın silahlı qüvvələrinin və erməni terror təşkilatlarının iştirakı ilə Xocavənd rayonunun Qaradağlı kəndində dəhşətli soyqırım törətmişlər.

Almaniyada erməni işğalı haqqında kitab nəşr edilib

ee7c353a3aef6436416c63bed69e989d

Almaniyalı alim, Berlin Azad Universitetinin dosenti Mixael Raynhard Hessin “Tanklar cənnətdə. Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” adlı kitabı alman dilində nəşr olunub.

APA-nın xəbərinə görə, kitabda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin orta əsrlərdən başlayaraq tarixi, Türkmənçay müqaviləsindən sonra ermənilərin İran və Osmanlı ərazilərindən kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi, ADR dövründə Dağlıq Qarabağ bölgəsinin Azərbaycana məxsusluğunu təsdiq edən status məsələsi, 1988-ci ildə ermənilərin Azərbaycana qarşı qaldırdığı ərazi iddiaları, Ermənistanın 1991-1994-cü illərdə Azərbaycan torpaqlarını işğal etməsi və digər məsələlər elmi faktlar əsasında yer alıb.

02

Azərbaycana qarşı yürüdülən zorakılıq, soyqırımı və etnik təmizləmə siyasəti bəşəriyyətə təhdiddir

02

Müasir dünyada baş verən qlobal iqtisadi böhrana və siyasi kataklizmlərlə zəngin proseslərə nəzər saldıqda, bəşəriyyətin zorakılıq, dözümsüzlük və qəddarlıqla müşayiət olunan terrorçuluqla, habelə milli və dini zəmində gerçəkləşdirilən soyqırımı ilə sınağa çəkildiyini görürük. Yaşadığımız XXI əsrdə Yaxın Şərqdə və bir qayda olaraq, İslam ölkələrində baş verən hərbi münaqişələr və döyüşlər hər gün çoxsaylı insan tələfatı ilə nəticələnir.

2d67859b394f78a6ec0b3177265d8d91

Prezident İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüquq təmin edilməlidir”

2d67859b394f78a6ec0b3177265d8d91

“Azərbaycanın tarixi Qarabağ bölgəsi və ətrafdakı 7 rayon işğal edilib. Xalqımıza qarşı Xocalı soyqırımı törədilib. Xocalıda öldürülənlər arasında xeyli qadın və uşaq olub”.

APA-nın məlumatına görə, bunu bu gün V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Xocalı soyqırımı haqqında kitab ABŞ-da nüfuzlu mükafata layiq görüldü

image1

Tanınmış yazıçı Raul Loueri Kontrerasın müəllifi olduğu “Dağlarda qətl. Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” adlı kitab ABŞ-da “Siyasət və cari işlər barədə ən yaxşı kitab” nominasiyasında “Latino Book Award” beynəlxalq mükafata layiq görülüb.