ədəbiyyat və incəsənət

Rəssam: Eldar Babazadə

Ana fəryadı. Eldar.Babazadə
Ana fəryadı. Rəssam: Eldar Babazadə

Eldar Babazadə rəssamlar ailəsində dünyaya göz açıb. O, rəssamlıq məktəbində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsində təhsil alıb. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sənətkarın işləri o dərəcədə maraqlı və qeyri-adidir ki, ilk tanışlıqda öz güclü enerjisi ilə insanı valeh edir. O, yaratdığı obrazların faktura və energetikasını ustalıqla təcəssüm etdirir. Rəssam daim həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda keçirilən sərgilərdə iştirak edir. Onun tabloları Türkiyə, İran, Almaniya, İsveç, Gürcüstan və Qırğızıstanda nümayiş etdirilir.

 

Ailə əsirlikdə. Rəssam: Nazim Məmmədov. “Xocalı harayı” silsiləsindən

Ailə əsirlikdə. Rəssam: Nazim Məmmədov. "Xocalı harayı" silsiləsindən
Ailə əsirlikdə. Rəssam: Nazim Məmmədov. “Xocalı harayı” silsiləsindən

Nazim Məmmədov 1934-cü ildə Bakıda anadan olmuşdur.

1957-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq kollecini bitirmişdir. 1961-ci ildə Moskvada “Soyuzmultfilm”də “rəssam-multplikator” üzrə bitirmişdir. 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasinda “Animator”, 1970-ci ildən isə Rejissor işləmişdir. Uşaq kitab illüstrasiya rəsm, dəzgah rəssamlığı ilə məşğul olmuşdur. Flmlərdə, kinooçerk və kinojurnallarda Animator işləmişdir. İlk dəfə 1988-ci ildə Respublikada beş hissəli “Göyçək Fatma” cizgi film-operasını yaratmışdır.

Ananın harayı. Rəssam: Ləman Aslanova

Ananın harayı. Ləman Aslanova
Ananın harayı. Rəssam: Ləman Aslanova

Ləman Aslanova 1997-ci ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Milli Konservatoriyanın nəzdində Respublika İncəsənət Gimnaziyasının məzununudur

Təhqir olunmuş Xocalı. Rəssam: Asif Azərelli

17 086
Təhqir olunmuş Xocalı. Rəssam: Asif Azərelli

Əsərdə düşmən tapdağı altında qalan maddi-mənəvi dəyərlərimizi təsvir edilib. Şəklin yuxarı küncündə düşmən tankları, həlak olmuş xocalılar, qətlə yetirilmiş ana-bala, əsas hissədə Azərbaycanın mənəvi mədəniyyət nümunələri – vaxtilə Xocalıda tapılmış saxsı qab parçaları, pərdəsi cırılmış tar, yarıya bölünmüş kamança, sındırılmış qaval, yerə atılmış Füzulinin kitabı, foto-şəkillər əks olunub. Və əlində avtomat olan erməni əsgəri bu dəyərləri tapdalayır.

Qaçqınlar

Nadir Bayrisov
Nadir Bayrışov – Qaçqınlar

Nadir Bayrışov “Qaçqınlar” əsəri üzərində 10 il (1988-1998) işləyib. Əsərdə Ermənistan SSR-dən qovulan insanlar, viran qalmış, evlər əks olunub. Qaçqınlar əsəri İngiltərədə, Rusiyada və eləcə də “İrs” jurnalında çap olunub.