HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

xocalı soyqırımı

“Xocalıya ədalət” kampaniyası çərçivəsində Niderland parlamentinə faciənin iyirminci ildönümü ilə əlaqədar müraciət və bu soyqırımının tanınmasına dair 1 milyon yerli vətəndaşın imzalar toplusu təqdim edilmişdir

Fevralın 14-də “Xocalıya ədalət” kampaniyasının Niderlandda fəaliyyət göstərən nümayəndələri, “Azərbaycanın Holland Dostları” Cəmiyyətinin təmsilçiləri Azərbaycan diasporunun digər fəalları ilə birgə Niderland parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Nebahat Albayrak, bu komissiyanın katibi T.Van Toor, Niderland Əmək və Xristian Demokrat partiyalarından parlamentin deputatları Yeroen de Lange və Coşkun Görüzlə görüşmüşlər.

“Xocalıya ədalət” kampaniyası çərçivəsində dünya universitetlərində flaşmob aksiyalar keçirilmişdir

AzərTAc xəbər verir ki, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə İsveçin Linköping, Almaniyanın Potsdam və Türkiyənin Mərmərə, İstanbul, Ankara, Erciyez, Çukurova, 19 Mayıs və TOBB universitetlərində Xocalı qətliamının 19-cu ildönümünə və soyqırımı cinayətinin qarşısının alınması və günahkarların cəzalandırılmasına dair beynəlxalq Konvensiyanın qüvvəyə minməsinin 60-cı ildönümünə həsr edilmiş flaşmob tipli dinc aksiyalar keçirilmişdir.

“Xocalıya ədalət” Beynəlxalq kampaniyasının onlayn aksiyasına başlanmışdır

Dekabrın 15-də Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Təşkilatı Gənclər Forumu (İKGF) və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması “İctimai Birliyi İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təşvigat kampaniyasının onlayn təqdimatına həsr olunmuş tədbir keçirəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətindən – 24 fevral 1996-cı il

…Xalqımıza qarşı yeridilmiş bu məqsədyönlü soyqırım siyasəti insanlıq və bəşəriyyət tarixində ağır bir cinayət kimi qalacaqdır. Əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı erməni qəsbkarlarının vəhşiliklərini bütün dünyaya bir daha nümayiş etdirdi…