HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

xocalı soyqırımı

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə çıxışından – Prezident sarayı,24 fevral 1996-cı il

…Xocalı soyqırımı Ermənistan, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilən ən dəhşətli soyqırımdır. Bu, bizim tariximizdə belə də həkk olmalıdır. Bu soyqırımının nə qədər vəhşiliklə edildiyini və nə qədər insaniyyətdənkənar bir hadisə olduğunu biz gərək daim xalqımıza anladaq, bütün xalqlara anladaq, dünya ictimaiyyətinə anladaq. Bu faciəni heç vaxt unutmaq olmaz. Və zaman keçdikcə, əksinə, bu faciəni biz dünyaya daha da kəskin göstərməliyik, xalqımıza göstərməliyik, gənc nəsillərə göstərməliyik, hamı bilsin ki, xalqımızın başına nə kimi faciə gəlibdir və eyni zamanda xalqımız öz azadlığı, öz Vətəni, öz torpağı uğrunda nə qədər qurbanlar verib, nə qədər qəhrəmanlıq nümunələri göstəribdir…

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının beşinci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətindən – Bakı şəhəri, 25 fevral 1997-ci il

…1992-ci il fevral ayının 26-da Ermənistan silahlı birləşmələri imperiyapərəst qüvvələrin bilavasitə iştirakı və havadarlığı ilə Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş Xocalı soyqırımını törətdilər. Xocalı şəhərinin minlərlə əliyalın mülki əhalisi dişinədək müasir hərbi texnika ilə silahlanmış düşmənin qəfil və amansız hücumuna məruz qaldı. Yüzlərlə günahsız insan kütləvi şəkildə məhv edildi, qocalar, qadınlar, uşaqlar, hətta südəmər körpələr ən dəhşətli üsul və vasitələrlə qətlə yetirildilər, girov götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşməli oldular…

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pediatriya Cəmiyyətlərinin Bakıda keçirilən IV Beynəlxalq Konqresinin açılışında nitqindən – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı,21 sentyabr 1997-ci il

…Ermənistanın Azərbaycana hərbi təcavüzü 1988-ci ildən başlayıbdır. Bu təcavüz nəticəsində məlum səbəblərə görə Azərbaycan Respublikası ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla yerindənyurdundan çıxarılıb, didərgin düşüb, əksəriyyəti çadırlarda yaşayır. Onlar həmin təcavüz zamanı həyatlarını xilas edənlərdir. Ancaq on minlərlə insan vətənimizin torpaqlarını müdafiə edərkən həlak oldu, şəhid oldu, uşaqlar da şəhid oldular. Əsir düşən insanların içərisində uşaqlar da vardır. Bu, XX əsrin sonunda Azərbaycan xalqı nın başına gəlmiş faciədir. Bu faciənin ən dəhşətli hadisəsi Xocalı soyqırımıdır.