HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

xocalı soyqırımı

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətindən – Bakı şəhəri, 25 fevral 2003-cü il

…Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi incəliklə yeridilən bu mənfur siyasət və düşmənçilik heç zaman dayanmamış, gah açıq qarşıdurma və qanlı toqquşmalar şəklini almış, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələnmişdir…

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycanın yəhudi icmasına məktubundan – Bakı şəhəri, 27 aprel 2003-cü il

…Azərbaycan xalqı da öz tarixi boyu dəfələrlə belə milli müsibətlərlə üzləşməli olmuşdur. Xüsusən 1988-ci ildən başlayan növbəti erməni hərbi təcavüzü nəticəsində xalqımızın məruz qaldığı soyqırımı və deportasiya, kütləvi qətl və qırğınlar, zəbt olunmuş torpaqlarımızda dəhşətli erməni vandalizmi, nəhayət Xocalı müsibəti kimi ağır cinayətlər dünyanın gözü qarşısında baş vermiş, lakin təəssüf ki, hələ də beynəlxalq birlik tərəfindən hüquqi-siyasi qiymətini almamışdır…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətindən – Bakı şəhəri,24 fevral 2004-cü il

…1992-ci il fevralın 26-da xalqımız öz taleyinin ən ağır və acılı anlarından birini yaşadı. Həmin gün qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən yer üzündən silindi. Heç bir hərbi zərurət olmadan yüzlərlə dinc sakin tarixdə analoqu olmayan işgəncələrlə öldürüldü, meyitləri təhqir olundu. Uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi. XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri baş verdi. Xocalı faciəsi öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında xüsusi yer tutur…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 15-ci ildönümü münasibətilə Azərbaycan xalqına müraciətindən – Bakı şəhəri, 23 fevral 2007-ci il

…1992-ci il fevralın 26-da qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə dağıdıldı, onun müdafiəçilərinə və sakinlərinə amansız divan tutuldu. Yüzlərlə dinc sakin görünməmiş işgəncələrlə öldürüldü, uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi, onların meyitləri təhqir olundu. XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi…