HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

xocalı soyqırımı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ATƏT-in VII sammitində nitqindən – 1 dekabr 2010-cu il

…Ermənistan nəinki Dağlıq Qarabağı, o cümlə­dən Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Ermənistan şəhər və kəndlərimizi, ev­lərimizi və müqəddəs yerlərimizi, ulu babalarımızın məzarlarını və məscidlərimizi dağıtmışdır. Onlar hərbi cinayətlər və Xocalıda soyqırımı törətmişlər və orada yüzlərlə mülki şəxs yalnız azərbaycanlı oldu­ğuna görə Ermənistanın silahlı qüvvələri tərəfindən məhv edilmişdir…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Goranboyda məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsinin açılışında nitqindən – Goranboy şəhəri, 10 fevral 2011-ci il

…Xocalı soyqırımı XX əsrin ən dəhşətli, ən böyük cinayətlərindən biri idi, erməni faşizminin vəhşi və eybəcər sifətini göstərmişdir. Əfsuslar olsun ki, uzun illər ərzində dünya erməniliyi, onun xaricdəki havadarları və erməni lobbisi Xocalı haqqında həqiqətləri gizlədirdilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətindən – Bakı şəhəri, 23 fevral 2012- ci il.

…Son iki əsrdə erməni millətçiləri tarixi Azər­baycan torpaqları hesabına mifik “Böyük Ermənis­tan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törətmiş­lər. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qan­lı səhifəsi idi. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və in­diki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür.