xocalı soyqırımı

“Jewish Journal” qəzeti: “Xocalıdakı müharibə cinayətinin günahsız qurbanlarını anarkən”

14561228922232341105_1000x669

ABŞ-ın Los-Ancelesdə nəşr olunan ən böyük yəhudi qəzetlərindən biri “Jewish Journal”da Azərbaycanın bu şəhərdəki baş konsulu Nəsimi Ağayevin “Xocalıdakı müharibə cinayətinin günahsız qurbanlarını anarkən” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə N.Ağayev Xocalı qətliamı zamanı azərbaycanlıların məruz qaldığı vəhşiliklərdən bəhs edərək, bu soyqırımını müasir Avropa tarixinin ən dəhşətli faciələrindən biri adlandırır. Baş konsul “Human Rights Watch” təşkilatının bu faciəni Ermənistan-Azərbaycan münaqişəsinin ən böyük qətliamı adlandırdığını bildirərək qeyd edir ki, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan Xocalı qətliamının törədilməsində birbaşa iştirak ediblər.

Pərviz Əzimzadə: “Şuşa, Xocalı, Qarabağ yanğısı ilə yaşayırsansa, bu problemi gündəlik mövzuya çevirməlisən.”

DSCF7356

1905.az portalının suallarını TV mütəxəssisi Pərviz Əzimzadə cavablandırır.

– Pərviz müəllim, uzun müddət TV-də çalışmısınız. Peşəkar operator kimi. Hazırda nə ilə məşğulsunuz?

– Mən hazırda “Two flames” prodüser mərkəzinin təsisçisi və rəhbəriyəm. Düzdür, tək deyiləm, ortağım da var. Aqil Məmiyevlə birlikdə işləyirik. Mərkəzin bədii rəhbəri tanınmış aktrisa və aparıcı Aysel Nazim, baş prodüser isə Günel xanımdır. Biz dördlükdə çalışırıq. Əsasən şou tipli layihələr etmişik. “Boulevard Hotel Baku”da “Ərəb gecəsi” keçirmişik. İşimizi “Paşa Holdinq” bəyəndi və holdinq tərkibindəki Abshepon Hotel Group-a daxil olan, “Şamaxı Palas”da qurban bayramı ilə bağlı böyük bir tədbir keçirdik. Martın 6-da isə “House of Azerbaijan”da Qadınlar günü ilə bağlı böyük bir bayram konserti təşkil edəcəyik.

Hərbi Prokurorluq: Xocalı soyqırımını törədən 39 nəfər axtarışa verilib

herbi_prokurorlug_main_300115

“İndiyə qədər Xocalıda soyqırım törədənlərdən 39 nəfərin cinayət məhsuliyyətinə cəlb edilməsi üçün məhkəmələr tərəfindən barələrində həbs qətimkan tədbiri seçilib, axtarışa veriliblər”.

Trend-in məlumatına görə, bunu Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Rauf Məmmədov Milli Məclisdə keçirilən “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə deyib.

Azərbaycanın Xocalı soyqırımı ilə bağlı Haaqa məhkəməsinə müraciət edə bilməməsinin səbəbi açıqlanıb

49a1d4a3212ea6f62cd63ef993361324

Azərbaycanın Xocalı soyqırımı ilə bağlı beynəlxalq Haaqa məhkəməsinə müraciət edə bilməməsinin səbəbi açıqlanıb.

APA-nın məlumatına görə, bu barədə bu gün Milli Məclisdə keçirilən “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” adlı tədbirdə Milli MəclisAparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib. O deyib ki, bunun səbəbi Haaqada yerləşən məhkəmədə sırf bu məsələ ilə bağlı orqanın olmamasıdır: “Orada Yuqoslaviya hadisəsi ilə bağlı məhkəmə fəaliyyət göstərir ki, bu, sırf 90-cı illərin əvvəlində orada baş verən hadisələri araşdırır. Ruanda hadisəsi ilə bağlı tribunal da var. Livanın baş nazirinə qarşı sui-qəsdlə bağlı da məhkəmə var. Bir də beynəlxalq cinayət məhkəməsi fəaliyyət göstərir ki, bu da 2000-ci ildən sonrakı hadisələri araşdırır. Çox təəssüf ki, Xocalısoyqırımını araşdıra biləcək hüquqi orqan yoxdur. Bir nəfərin ölümü ilə bağlı orada məhkəmə orqanı var, amma belə kütləvi soyqırımı ilə bağlı yoxdur. Bu, ikili standartların nəticəsidir”.

RETROSPEKTİVA – “Milyon imza, bir tələb”

DSCF6514

1905.az portalının Diskussiya klubunda bu dəfə biz “Milyon imza bir tələb” mövzusunu AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, biologiya elmləri doktoru, professor Rauf Sultanov, politoloq İlqar Vəlizadə, jurnalist Ramilə Qurbanlı və Rey Kərimoğlu ilə müzakirə etdik.

Xocalıdan 10 gün əvvəl

Qaradagli faciesi

1992-ci il fevral ayının 17-də erməni quldurları Xocavənd (keçmiş Martuni) rayonunun Qaradağlı kəndinə soxularaq, yüz on yeddi nəfər azərbaycanlını girov götürmüşlər. Həmin tarixdə erməni yaraqlıları kəndin fermasında üç kişini və bir qadını yandırmışlar. Ermənilər əlli altı nəfər sakini (onlardan 10-12 nəfəri uşaq) güllələyərək quyuya tökmüş və üstünü traktorla torpaqlamışlar.