HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

xocalı soyqırımı

Xocalı soyqırımı: Beynəlxalq hüquq və sağlam düşüncə üstün gəlir

Justice for khojali

Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. Biz, eyni zamanda, Xocalı soyqırımına iki fərqli yanaşmanın və münasibətin şahidləriyik. Bu barədə söhbətə keçməzdən əvvəl Azərbaycan tarixinin 24 il əvvəl yaşanmış qanlı səhifəsinə bir daha nəzər yetirməyi lazım bilirik.

Stokholmda Xocalıya həsr edilən film və kitab təqdimatı dünya mediasının diqqət mərkəzində

Justice for khojali

Fevralın 18-də İsveçin paytaxtı Stokholm şəhərində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində ABŞ və Litvanın birgə istehsalı olan, çoxsaylı mükafatlar qazanmış “Sonsuz dəhliz” (“Endless Corridor”) müstəqil sənədli filminin nümayişi və “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” (“Khojaly Witness of a war crime – Armenia in the Dock”) kitabının təqdimatı haqqında məlumat beynəlxalq mediada böyük əks-səda doğurub.

“Jewish Journal” qəzeti: “Xocalıdakı müharibə cinayətinin günahsız qurbanlarını anarkən”

14561228922232341105_1000x669

ABŞ-ın Los-Ancelesdə nəşr olunan ən böyük yəhudi qəzetlərindən biri “Jewish Journal”da Azərbaycanın bu şəhərdəki baş konsulu Nəsimi Ağayevin “Xocalıdakı müharibə cinayətinin günahsız qurbanlarını anarkən” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə N.Ağayev Xocalı qətliamı zamanı azərbaycanlıların məruz qaldığı vəhşiliklərdən bəhs edərək, bu soyqırımını müasir Avropa tarixinin ən dəhşətli faciələrindən biri adlandırır. Baş konsul “Human Rights Watch” təşkilatının bu faciəni Ermənistan-Azərbaycan münaqişəsinin ən böyük qətliamı adlandırdığını bildirərək qeyd edir ki, Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan Xocalı qətliamının törədilməsində birbaşa iştirak ediblər.