HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

kvartet

BİZİM QARABAĞ BİZİM ƏDƏBİYYATDA

Qonaqlarımız Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, yazıçı-dramaturq Elçin Hüseynbəyli və yazıçı Şərif Ağayar ilə yurdundan-yuvasından didərgin düşmüş soydaşlarımızın həyat səhnələrinin, ümumilikdə Qarabağ mövzusunun bizim nəsrdə inikası barədə söhbət etdik.

GÖYÇƏ

Tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Əhmədov və “Göyçə:Sədənağac-Güney” kitabının müəllifi Lütfiyar Nəsibovla Göyçə mahalında azərbaycanlılara qarşı törədilmiş soyqırımlar və soydaşlarımızın məruz qaldıqları deportasiyalar barədə danışdıq.

ERMƏNİSTANIN TOPONİMIK CİNAYƏTLƏRİ


Filologiya üzrə elmlər doktoru İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Bəymirzə Şabıyevlə Ermənistanın toponimik cinayətləri haqqında danışdıq.

BU QALA BİZİM QALA


Tarix üzrə elmlər doktoru Tarix Dostiyev və tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovla Azərbaycan qalaları haqqında danışdıq.

PLAGIAT?!


Bugünkü qonaqlarımız – filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli və araşdırmaçı jurnalist Bəybala Mirzəyev ilə  Azərbaycanda elm sahəsində mövcud olan plagiat barəsində söhbət etdik.

BİZİM ƏHMƏD BƏY

Tarix üzrə fəlsəfə doktorları Fərhad Cabbarov və Kəmalə Nəcəfova ilə Əhməd bəy Ağaoğlundan danışdıq.

Fuad Babayev: Əhməd bəy Ağaoğlu haqqında, onun Azərbaycan fikir tarixindəki yeri barədə hər birimizin bilməli olduğu informasiya nədən ibarətdir?