multİmedİa

Fətəli Fətəliyev – Əsirlikdə qalan mədəni irsimiz

F.FFotoqraf  Fətəli Fətəliyev  1945-ci ildə Şuşa şəhərində anadan olub. Fotoqrafiyaya 1957-ci ildə 5-ci sinifdə oxuyarkən foto dərnəyində başlayıb. Fotojurnalistika fəaliyyətinə 1978 ildən qədəm qoymuş, respublikada dərc olunan “Elm və həyat”, “Azərbaycan təbiəti”, “Azərbaycan qadını”, “Mədəni maarif”, ”Ulduz”, “Советский музей”  jurnallarında, “Xarici ölkələrlə əlaqələr” cəmiyyətinin “Sovet Azərbaycanı” bülletenində, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və İncəsənət” qəzetlərində, “Caspian”, “Azerbaijan International”, “Trend”, “Capital”, “Популяр”, “Ваш дом” jurnallarında, BMT-nin İnsan İnkişafı haqqında kitablarında və sairə nəşrlərdə fotomüxbir kimi fəaliyyət göstərmişdir.

Cəbhədən-cəbhəyə

 

Fotoqraf: Xalid Əsgərov 1961-ci ildə Bakı şəhərində anadan olub. Əvvəlcə Bakı Slavyan Universitetini, daha sonra Azərbaycan Dövlət Neft Akademiyasını bitirib.  Qarabağda, Abxaziyada, Çeçenistanda və Tacikistanda Reuters xəbər agentliyinin fotomüxbiri olaraq işləyib. Müxtəlif fotoalbomlar, jurnal və nəşrlər üçün fotolar çəkib.  Xalid Əsgərov hazırda Kanadada yaşayır.

Fotolar Azərbaycan Fotoqrafları Birliyinin Arxivindəndir

Ağdərə 1992
Ağdərə 1992

Qarabağ harayı fotolarda

Portret_Ilqar_Ceferov

Fotoqraf: İlqar Cəfərov.

1960-cı ildə Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncədə anadan olub. 1983-cü ildə Azərbaycan Kənd Təssərüfatı İnsitutunu, 1991-ci ildə isə Moskvada, SSRİ jurnalistlər İttifaqının Fotomərkəzi nəzdində fotojurnalistika fakültəsini bitirib. 1991-ci ildən dövlət informasiya agentliyi AzərTAc-ın fotomüxbiridir.
Bir sıra beynəlxalq fotomüsabiqələrin iştirkakçısı və qalibi ( Rusiya -2007, Avstriya- 2008, Yaponiya -2009) olub.
Fotoşəkillərindən ibarət kitablar və kataloqlar nəşr edilib. Xaricdə və Azərbaycanda fərdi fotosərgiləri keçirilib.