multİmedİa

ŞAHİD

Fotoqraf: Əli Qafarov

ALI QAFAROV 121943-cü ildə Bakıda doğulub. Azərbaycan müəllimi, Ədəbiyyat və İncəsənət, Azərbaycan idmançısı kimi sırf mülkü qəzetlərdə fotomüxbir işləyib. Müstəqilliyin ilk illərində “Xalq ordusu” qəzetinin kollektivi sıralarına daxil olub. Sonralar qəzetin adı dəyişilərək “Azərbaycan Ordusu” oldu. Əli Qafarov həm də Hərbi-dəniz qüvvələrinin qəzeti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sənədli filmlər kino-telestudiyasında işləyib.
Fotoqrafın dediyinə görə cəbhə şəkillərini çeşidləmək ağırdır. Çünki rastlaşdığı adamlardan çoxu həlak olub, onlar yalnız plyonkalarda qalıblar. Ən böyük arzusu müharibənin son anını, həmvətənlərimin doğma ocaqlarına, sülh həyatına, yaradıcı əməyə qayıdışını əks etdirməkdir.

Sarayevo 4 il mühasirədə (FOTOQALEREYA)

bosnian_war_002
Snayperin optik şüşəsindən Sarayevo şəhərinin Trebevik dağından görünüşü. Foto:Elvis Barukcic/AFP/Getty Images

1992-ci il fevralın 29-da Bosniya və Herseqovina referendum keçirərək öz müstəqilliyini elan etdi. Aprelin 6-da ABŞ və Avropa İttifaqı Bosniya və Herseqovina Respublikasını tanıdı və yerli serb hakimiyyəti paytaxt Sarayevonu tərk elədi. Məhz bundan sonra şəhər Serbiya və Yugoslaviya xalq ordusu tərəfindən mühasirəyə alındı.  Bu mühasirə təxminən 4 ilə yaxın (6 aprel 1992- 29 fevral 1996) davam elədi.

Planetin dərd yükü

1.  Ölümcül güllə yarası almış snayper əsgər keşiş Luis Padillonun qolları arasında. 4 iyun 1962-ci il. Venesuellada yerləşən Puerto Kabello hərbi dəniz bazası. Fotoqraf  Hektor London Lovera . “Dia La Republica” üçün.
Ölümcül güllə yarası almış snayper əsgər keşiş Luis Padillonun qolları arasında. 4 iyun 1962-ci il. Venesuellada yerləşən Puerto Kabello hərbi dəniz bazası. Fotoqraf: Hektor London Lovera . “Dia La Republica” üçün.