Bizim sənətçi

RETROSPEKTİVA – İşləri Azərbaycan reallıqları üzərində qurulmuş SƏFİYAR MƏCNUN

Səfiyar məcnun

Azərbaycan fotoqrafiyasında Qarabağ izləri görünürmü?

– Yeni media çağında yaşadığımızdan həyatımızda daha çox sosial şəbəkələr üzərindən təsirini hiss etdiyimiz virtual həyat bir çox sahələrdə baxışımızı dəyişməkdədir. Müasir dönəmdə fotoqrafiyanın özündə çox dəyişgənlik var. Fotoqrafiya artıq bir növ adiləşmə dpvrünü yaşayır. Mən isə bu yolu tutmamışam. Mənim istəyim budur ki, adi fotoqrafiyadan uzaq olum. Düzdür, bu gün insanlara zaman-məkan azadlığı verən mobillik fotoqrafiyaya böyük üstünlüklər verilir. Mən də bu üstünlüklərdən yararlanıram. Amma Qarabağ deyərkən zaman anlayışında problem olmasa da, məkan anlayışında çox böyük problemlərin olduğunu görürük. Bu mənada məndən əvvəlki fotoqraflar kimi mən də bu mövzudan kənar qalmışam.
Əgər Qarabağa virtual yanaşmadan söhbət gedirsə məncə daha çox rəssamların təxəyyülünə aid olan bir mövzudur.  Bu günün reallığıdır və bu mənada mən bu gün fotoqrafiyada heç bir Qarabağ düyünü görmürəm.

RETROSPEKTİVA-İlk fotoaparatı qırılmış peşəkar fotoqraf Asim Talıb

59460_1515752410365_6904982_n

PEŞƏKAR FOTOQRAFLIĞA GEC BAŞLAMIŞAM

– Asim müəllim, neçə ildir fotoqrafiya ilə məşğulsunuz? Və siz öz yaradıclığınızı neçə mərhələyə bölərdiniz?

 – Mən fotoaparatı  ilk dəfə əlimə götürəndə təxmini 14-15 yaşında idim. Atam fotoaparat almışdı. Həmişə qardaşımla fotoaparat üstündə mübahisə edirdik. Elə bu mübahisələrin birində fotoaparat qırıldı və mən onu təmir etdirəndən sonra fotoqraf oldum. Peşəkar fotoqraflığa isə gec başlamışam. Təxminən 1976-77-ci illərdə. Mən Almaniyada xidmət eləmişəm. Elə o dövrdən foto müsabiqələrə qatılırdım. Bir qəzet vardı, “Sovetski patriot”. Orada fotolarım çap olunurdu. Hətta bir dəfə  Almaniyada idman fotolarımın sərgisi də keçirilib.

RETROSPEKTİVA- Almaniyada yaşayan İradə İsakova

irada

– Neçə ildir ki, Almaniyada yaşayırsınız. Təbii ki, almanlarla ünsiyyətdəsiniz. Adi almanların holokosta görə hələ də utanc hissi keçirdiklərini müşahidə etmisinizmi?

– Mən 13 ildir Almaniyada yaşayıram. Mənim kifayət qədər alman dost və tanışlarım var. Düşünürəm ki, istənilən millət əgər onun vicdanı varsa baş verən bütün qətliamlara həm üzülər, həm də bunun üçün utanc hissi duyar. Alman xalqı sivil xalqdır və dünyanın ən inkişaf etmiş dövlətini qurub müharibədən sonra. Baxmayaraq ki, müharibədə məğlub olub. Bu tarix həm də almanlar üçün bəzi şeylərin dəyişməsi ilə başlamışdır. Onlar artıq düşünərək addım atırlar və hədəfləri də odur ki, güclü Almaniya ilə dünyada ilklərdən olmaq və alman xalqının rifahının yaxşı olması.  Bu onların hədəfidir. Təbii ki, holokostla bağlı bu gün də peşmançılıq və üzüntü var. Bu bütün almanlara aiddir. Həm sıravi vətəndaşlara, həm də siyasi xətt tutanlara!

RETROSPEKTİVA- Aparıcı və bəstəkar Sədaqət Rəşidqızı

Sədaqət-rəşidqızı-müsahibə

– Sədaqət xanım, əsl sənətçilərlə yanaşı özünü müğənni, sənətçi hesab edənlərin sayının durmadan artdığı dövrdə musiqiyə, sənətə hörmət azalmayıb ki?

– Mən deyərdim ki, əksinə, musiqiyə hörmət daha da artıb, amma sənət anlayışı arxa planda qalıb. İndiki dövrdə sənətçi olmaq üçün çox da əziyyət çəkməyə ehtiyac yoxdur. Bir neçə uğurlu mahnı, video –çarx, bir neçə veriliş və sən də artıq sənətdəsən. Elə asan olduğu üçün də hamı müğənni olmaq istəyir, səsi olan da, səsi olmayan da. Əslində bu çox acınacaqlı bir haldır.  Gündən-günə sayı artan musiqili tele-layihələr bir daha sübut edir ki, asan yolla pul qazanmaq üçün gərək müğənni olasan. Təəssüf ki, indiki dövrdə musiqiyə yalnız qazanc obyekti kimi baxılır, sənət kimi yox.