Dəyirmi masa

future

İrəli, türkəçarəyə doğru?!

DSCF7127

“1905.az” Diskussiya klubunun bu dəfəki tədbirində, dərmanlar, onların keyfiyyəti və təsiri məsələsi müzakirə edildi. Müzakirələrdə Azərbaycan Dövlət Tibb Universitetinin biokimya kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Arif Əfəndiyev, “Milena” hospitalının meneceri Aynur Namazova, “Səhhət” TV-nin direktoru Seymur Nəsrulla iştirak edirdi.

future

Kiber müharibə, yoxsa informasiya müharibəsi?

DSCF6782

“1905.az” Diskussiya Klubunda növbəti müzakirə. “Kiber müharibə, yoxsa informasiya müharibəsi?” mövzusunda oldu. Müzakirələrdə Azərbaycan İnternet Forumunun üzvü, Azərbaycan Universitetinin müəllimi Vahid Qasımov, “Modern communication technology MMC”-nin direktoru Tural Məlikov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Elektron Təhlükəsizlik Mərkəzinin baş məsləhətçisi Leyla Əliyeva, RYTN yanında Beynəlxalq Əməkdaşlıq və Əlaqələndirmə sektorunun aparıcı məsləhətçisi Sevinc Heydərli, əməkdar jurnalist Azər Həsrət, veb administrator Bəhruz Cəbrayılllı iştirak edirdi.

future

“Bizim dilimiz bizim efirdə”. 1-ci söhbət

DSCF6360

“1905.az” Diskussiya klubunda bu dəfə televiziyalarda dil problemini müzakirə etdik. Müzakirələrdə AMEA-nın Nəsimi adına Dilçilik İnstutunun monitorinq şöbəsinin rəhbəri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, Milli Televiziya və Radio Şurasının əməkdaşı Həyat Şəmiyeva, “Region TV”-nin əməkdaşı, bir çox reklam çarxlarını səsləndirən Arzu Kəlbi iştirak edirdi.

Fuad Babayev: Azərbaycanda dövlət dilinin tətbiq olunmasına maneələr törədilməsinə görə cərimələrin miqdarının 50 dəfə artırılması yeni inzibatı xətalar  məcəlləsində nəzərdə tutulur. Fiziki şəxslər Azərbaycan dilinin latın əlifbasında tətbiq olunmasında maneələr törədilməsinə görə 1000-1500 manat, vəzifəli adamlar 2500-4000 manat, hüquqi şəxslər 12000-16000 manat məbləğində cərimə ediləcək. Daha əvvəl isə dilimizə bir sıra yeni sözlər daxil edildi. Doğrusu, həmin siyahını tapa bilmədim, amma xeyli maraqlı sözlər var idi. Əlbəttə, dil canlı orqanizm olduğundan, daim inkişaf edir. Azərbaycan məktəbinin məlum durumdakı vəziyyətində televiziya və radionun üzərinə böyük bir yük düşür. Buna görə də ilk sualım MTRŞ-nin nümayəndəsi Həyat xanımadır.  Həyat xanım, milli televiziya və radio şurasının əsas missiyalarından biri Azərbaycan dilini qorumaqdır. Bu sahədə ən böyük problem nədir?

DSCF6262 future

“Maşınlar, mənzillər və … qiymətlər”

DSCF6262

“1905.az” Diskussiya klubunda bu dəfə mövcud iqtisadi reallıqla bağlı məsələləri, ev və avtomobil alıb-satmağın perspektivlərini müzakirə etdik. Diskussi klubunun bu dəfəki qonaqları iqtisadçı-ekspert Samir Əliyev, daşınmaz əmlak məsələləri üzrə ekspert Faiq İbrahimov və iş adamı Rauf Əliyev idi.

Fuad Babayev: Az qala hər birimizin təsəvvüründə ev-maşın ya da maşın-ev cütlüyü var. Həm də belə bir təsəvvür var ki, uğurlu adamın yaxşı maşını və yaxşı evi olmalıdır. Ona görə də birinci sualım Samir müəllimədir. Mövcud və perspektiv iqtisadi reallıq necədir? Sonra isə aydınlaşdırmağa çalışacağıq ki, yaxın perspektivdə orta statistik azərbaycanlı üçün ev və maşın almaq, yaxud ev və maşın satmaq əlçatan və ya cəlbedici olacaqmı?

Samir Əliyev: Əslində hamımız üçün maraqlı bir mövzudur. Bu gün hamı maraqlanır ki, ölkə iqtisadiyyatında nə baş verir? Qısa deyək ki, artıq asan pul qazanmaq dövrü sona yetdi. Biz neft ixrac  edirdik və dünya bazarında neftin qiyməti 110 dollara kimi bahalaşmışdı və biz maya dəyəri cəmi 15 dollara başa gələn neft satır, böyük həcmdə pullar qazanırdıq. Dövlət büdcəsinə daxil olan bu pullar investisiya, subsidiya kimi müxtəlif istiqamətlərə yönəldilirdi. Böyük bir insan kütləsi həmin vəsaitdən bu və ya digər formada bəhrələnirdi. İndi həmin gəlirlər azalıb və bu, iqtisadiyyatımıza neqativ təsirini göstərir. Çünki iqtisadiyyatımızda neftdən asılılıq böyükdür. Ümumdaxili məhsulda neftin payı təxminən 50 faizə yaxındır. Büdcəmizin yaxınlara kimi 70-75 faizi birbaşa və ya dolayısı ilə neft pulları hesabına formalaşıb. İxracımızın 90 faizə qədərini neft və qaz təşkil edib. İndi isə bu gəlirlər iki dəfəyədək azalıb. Bu da bizim həyatımıza öz neqativ təsirini göstərir. Dövlətin artıq pul ayırma imkanları məhdudlaşır. Bu, həm də Rusiyadakı proseslərlə üst-üstə düşür. Müxtəlif məlumatlara əsasən, 2 milyonadək azərbaycanlı Rusiyada işləyərək öz ailəsinə pul göndərirdi. Qeyri-rəsmi məlumatlara görə həmin şəxslərin hesabına ölkəyə 2-3 milyard manata yaxın pul kütləsi daxil olurdu. İndi Rusiyadan gələn vəsait də əhəmiyyətli dərəcədə azalıb. Bu da həm daşınmaz əmlak bazarına, evlərin qiymətinə, eləcə də avtomobillərin satış qiymətlərinə öz təsirini göstərib. Bundan başqa tikinti sektoruna təsirini göstərib, indi tikintilər məhdudlaşıb. Nəticə olaraq biz asan pul qazanmaq mərhələsindən yeni bir mərhələyə keçmək üzrəyik. Hökumət islahatlar apararaq sahibkarlar üçün əlverişli mühit yaratmalıdır. Yəni onlara yeni iş yerləri açmaq üçün şərait yaradılmalıdır.  Bəzi ölkələr hətta bir neçə iş yeri açan şirkətlərə böyük güzəştlər edir. Ümid edirəm ki, bu vəziyyətdən çıxacağıq. Amma bunu üçün dövlət də daxil olmaqla, hamımız əziyyət çəkməliyik.

future

“İçərişəhər – gerçək tarixin salnaməsi”

umumi

“1905.az” Diskussiya Klubu İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində qonaq oldu. “İcərişəhər – gerçək tarixin  salnaməsi, böyük tarixi potensialdan istifadə imkanları” mövzulu müzakirədə həmin idarənin əməkdaşları, filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva, tarix üzrə fəlsəfə doktoru, professor Kamil İbrahimov, tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Qənirə Pirquliyeva, “İçərişəhər” Tarix Muzeyinin direktoru Nəcəf Quliyev, “Şiravanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq Muzeyinin direktor müavini Sevil Məmmədova və idarənin digər əməkdaşları iştirak edirdilər.

İradə Musayeva: Bu günkü diskussiya iştirakçılarını salamlayırıq. Hamınızı xoş gördük. Bu tədbir İçərişər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi,  Heydər Əliyev İrsini Araşdırma Mərkəzi  və “1905.az” portalının birgə təşkilatçılığı ilə keçirilir. Tədbirin keçirilməsi təşəbbüsünü  “1905.az” portalının Diskussiya Klubu irəli sürüb. Bu işdə Kamil müəllimin köməyi və rəhbərliyin icazəsi də böyük rol oynayıb.

DSCF60091

“1905.az” portalı bizim bir sıra layihələrimiz üçün axtardığımız platformadır. Belə ki, biz 31 mart soyqırımı ilə bağlı iki tədbir, elmi-praktik seminar keçirmişik. Bu günkü tədbirin mövzusu “İcərişəhər – gerçək tarixin  salnaməsi, böyük tarixi potensialdan istifadə imkanları”dır. Tədbirə aidiyyatı orqanların əməkdaşları dəvət olunub. Nəcəf Quliyev İçərişəhər Tarix Muzeyinin direktoru, Sevil Məmmədova Şirvanşahlar kompleksinin direktor müavini, Qənirə Pirquliyeva elm şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, BDU-nun dosentidir. Əvvəlcə istərdim ki, siyasi elmlər üzrə fəlsəfə doktoru, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, “1905.az” portalının rəhbəri Fuad Babayev “1905.az” portalının fəaliyyəti ilə bağlı bizi məlumatlandırsın. Buyurun, Fuad müəllim.

future

GƏZMƏYƏ QƏRİB ÖLKƏ…

DSCF5666

“1905.az” Diskussiya klubunda bu dəfə turizm məsələsini müzakirə etdik. Noyabrın 19-da baş tutan müzakirələrdə “Azərbaycanı kəşf et” kitabının müəllifi Aynur Talıbova, “Turne” verilişinin müəllifi Mirsəməd Cəfərov, Azərbaycan Turizm və Menecment Universitetinin turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov, Azərbaycan Turizm Assosiasiyasının vitse-prezidenti Müzəffər Ağakərimov,  “Qala Travel” turist firmasının nümayəndələri Sabir Məmmədov, Samir Əsədov, Azərbaycan Neft və Sənaye Universitetinin müəllimi Elviz İsmayılov iştirak edirdi.