Dəyirmi masa

Azərbaycan və rublun dramı

umumi

Bu həftə 1905.az portalının “Diskussiya klubu”da biz Azərbaycan və Ermənistan iqtisadiyyatının müqayisəli təhlili mövzusunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu, iqtisadçı alim Vüqar Bayramov, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı, Azərbaycanda Regional İnkişaf Mərkəzinin sədri, professor Çingiz İsmayılov və  “AzerNews” qəzetində Cənubi Qafqaz üzrə analitik yazıların müəllifi Müşfiq Mehdiyevlə müzakirə etdik.

QARABAĞ DÜYÜNÜ, FƏLSƏFƏ DOKTORLARIMIZ

DSCF4676

1905.az portalı “Diskussiya klubu”nun növbəti qonaqları fəlsəfə doktorlarıdır. Bu həftə biz erməniliklə mübarizə mövzusunu hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev, siyasət üzrə fəlsəfə doktoru Təvəkkül Dadaşov, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev, fəlsəfə üzrə fəlsəfə doktoru Sevda Axundova və tarix üzrə fəlsəfə doktoru Sevinc Vahabova ilə müzakirə etdik.

İdmançılarımız, azarkeşlərimiz və vətənpərvərliyimiz

diskussiya klubu

“1905.az” Diskussiya Klubunda idmanımızda və idman jurnalistikasında vətənpərvərlik mövzusunu karate üzrə Avropa çempionu, dünya ikincisi, 2015 Olimpiya oyunlarının iştirakçısı olacaq Şahin Atamov, aykido üzrə idmançı və müəllim, hazırda foto-müxbir kimi çalışan Rüstəm Fərmanoğlu, idmançı Vüqar Fərzizadə, taekvondo üzrə milli hakim və idman jurnalisti Təranə Xudabaxşiyeva, Antenn FM-də idman verilişinin aparıcısı, xanım futbol jurnalisti Səmra Əliyeva ilə müzakirə etdik.

“Bizim diaspor, bizim media”

umumi 1

Diasporumuzun fəaliyyətinin mediada inikası mövzusunu Diasporla iş üzrə Dövlət Komitəsinin analitik-informasiya şöbəsinin müdiri Elşad Miraləm, Diaspor Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadə, Karabakhinfo.com beynəlxalq elektron jurnalından Zaur Əliyev, BayMedia.az saytının redaktoru Elnur Eltürk və həmin saytın əməkdaşı Əli Zülfüqaroğlu, “Binəqədi” qəzetinin təmsilçisi Siyavuş Əmirli, Vətənpərvər Gənclər Klubunun nümayəndəsi Vüqar Nuriyev və Diaspor Jurnalistlər Birliyinin Ukraynadakı təmsilçisi Qaraş Tağıyev ilə müzakirə etdik.

Köşə yazarlarımız, köşə yazılarımız

DSCF2807

Bu dəfə “Disskusiya klubu”da biz Azərbaycanda köşə yazılarının ictimai rəyin formalaşmasına təsiri mövzusunu “İnterpress” portalının əməkdaşı, jurnalist Elnarə Əlosmanqızı, köşə yazarı, jurnalist Aida Eyvazova, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, köşə yazarı Azər Həsrət, müstəqil jurnalist Asəf Quliyev  və “525-ci qəzet”in müxbiri, jurnalist Ceyhun Abbasovla birlikdə araşdırdıq.