1905.az rəsm qalereyası

Atəşgah. Rəssam: Tahir Salahov

Atəşgah. Rəssam: Tahir Salahov
Atəşgah. Rəssam: Tahir Salahov

Azərbaycan və Rusiya rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq Rəssamı, 1997-ci ildən Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti

Ana fəryadı. Rəssam: Eldar Babazadə

Ana fəryadı. Eldar.Babazadə
Ana fəryadı. Rəssam: Eldar Babazadə

Eldar Babazadə rəssamlar ailəsində dünyaya göz açıb. O, rəssamlıq məktəbində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsində təhsil alıb. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sənətkarın işləri o dərəcədə maraqlı və qeyri-adidir ki, ilk tanışlıqda öz güclü enerjisi ilə insanı valeh edir. O, yaratdığı obrazların faktura və energetikasını ustalıqla təcəssüm etdirir. Rəssam daim həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda keçirilən sərgilərdə iştirak edir. Onun tabloları Türkiyə, İran, Almaniya, İsveç, Gürcüstan və Qırğızıstanda nümayiş etdirilir.

 

Cıdır düzü

cidir duzu
Səttar Bəhlulzadə – Cıdır düzü. 1956

Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa “Kommunist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib. Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur.

Zamanın izi. Rəssam: Kərim Cəlal

karim-celal-zamanin-izi
Zamanın izi. Rəssam: Kərim Cəlal

Kərim Cəlal 1944-cü ildə  Füzuli şəhərində anadan olmuşdur. 1971-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1976-cı ildə Ümumrespublika sərgilərinin iştirakçısı olmuşdur. 1978-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir.1978-ci ildə Polşada keçirilən beynəlxalq sərgidə iştirak etmişdir. 1980-cı ildə Azərbaycan Rəssamlar İttifaqına qəbul olunmuşdur. 1994-cü ildə fərdi sərgisi keçirilmişdir.

Onun işləri ABŞ, Almaniya, İran və Hollandiyada özəl kolleksiyalarda yer almışdır. Hal-hazırda, o, molbert üzərində rəssamlıq edir.

“Laçında səhər”. Rəssam: Hüseyn Əliyev

lacinda seherAzərbaycan xalq rəssamı Hüseyn Əlirza Əliyev 1911-ci ildə Sisiyan rayonunun Comərdli kəndində dünyaya göz açmışdır. Rəssam kimi ilk təbiət mənzərəsini çəkəndə onun 12 yaşı olub. Bakıda Rəssamlıq Texnikumunda oxumuşdur (1927-1932). 1922-1931-ci illərdə “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur.

 

Elmira Şahtaxtinskaya. Şuşa dağları (1963)

Elmira Şahtaxtinskaya 25 oktyabr 1930–cu ildə Bakı şəhərində doğulmuşdur. Orta təhsilini

Bakı şəhərində almış, daha sonra Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası, 1950) və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu (1956) bitirmişdir.