1905.az rəsm qalereyası

Bəhruz Kəngərli. “Qaçqın oğlan”

Bəhruz Kəngərli. "Qaçqın oğlan"
Bəhruz Kəngərli. “Qaçqın oğlan”

Bəhruz Kəngərli 1918–1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratmışdır. Bu silsilədən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Qaçqın Gümşün”, “Ayaqyalın qaçqın oğlan” və s. onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirmişdir.

Mənbə: X.Əsədova. “Bəhruz Kəngərli”. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013,

 

Şamaxıda Novruz bayramı. Rəssam Fərhad Hacıyev

samaxıda Novruz bayramı
Şamaxıda Novruz bayramı. Rəssam Fərhad Hacıyev (1982-ci il) (Azərbaycan Mədəniyyət Nazirliyinin şəkil qalereyası fondundan)

Fərhad Hacıyev (1929, Şamaxı ş. – 1987,Bakı) – Azərbaycanın ilk bərpaçı-rəssamı. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini və Moskvada Surikov adına Ali Rəssamlıq İnstitutunu bitirmişdir. İnstitutda oxuduğu illərdə Drezden qalereyasında sərgilənənməşhur Novqorod,Pskov, Vladimir və Suzdal ikonalarını, Kiyevin “Müqəddəs Sofiya” kilsəsinin mozaik kompozisiyalarını,Vilnüsdən Çürlyonisin qrafik əsərlərini,Ermitaj muzeyinin, Tretyakov qalereyasının, A.S.Puşkin adına İncəsənət Muzeyinin müxtəlif yağlı boya tablolarını bərpa və konservasiya etmişdir.

Ana fəryadı. Rəssam: Eldar Babazadə

Ana fəryadı. Eldar.Babazadə
Ana fəryadı. Rəssam: Eldar Babazadə

Eldar Babazadə rəssamlar ailəsində dünyaya göz açıb. O, rəssamlıq məktəbində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsində təhsil alıb. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Sənətkarın işləri o dərəcədə maraqlı və qeyri-adidir ki, ilk tanışlıqda öz güclü enerjisi ilə insanı valeh edir. O, yaratdığı obrazların faktura və energetikasını ustalıqla təcəssüm etdirir. Rəssam daim həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda keçirilən sərgilərdə iştirak edir. Onun tabloları Türkiyə, İran, Almaniya, İsveç, Gürcüstan və Qırğızıstanda nümayiş etdirilir.

Mənbə: justiceforkhojaly.org

Zamanın izi. Rəssam: Kərim Cəlal

karim-celal-zamanin-izi
Zamanın izi. Rəssam: Kərim Cəlal

Kərim Cəlal 1944-cü ildə  Füzuli şəhərində anadan olmuşdur. 1971-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1976-cı ildə Ümumrespublika sərgilərinin iştirakçısı olmuşdur. 1978-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir.1978-ci ildə Polşada keçirilən beynəlxalq sərgidə iştirak etmişdir. 1980-cı ildə Azərbaycan Rəssamlar İttifaqına qəbul olunmuşdur. 1994-cü ildə fərdi sərgisi keçirilmişdir.

Onun işləri ABŞ, Almaniya, İran və Hollandiyada özəl kolleksiyalarda yer almışdır. Hal-hazırda, o, molbert üzərində rəssamlıq edir.

Ailə əsirlikdə. Rəssam: Nazim Məmmədov. “Xocalı harayı” silsiləsindən

Ailə əsirlikdə. Rəssam: Nazim Məmmədov. "Xocalı harayı" silsiləsindən
Ailə əsirlikdə. Rəssam: Nazim Məmmədov. “Xocalı harayı” silsiləsindən

Nazim Məmmədov 1934-cü ildə Bakıda anadan olmuşdur.

1957-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq kollecini bitirmişdir. 1961-ci ildə Moskvada “Soyuzmultfilm”də “rəssam-multplikator” üzrə bitirmişdir. 1961-ci ildən “Azərbaycanfilm” kinostudiyasinda “Animator”, 1970-ci ildən isə Rejissor işləmişdir. Uşaq kitab illüstrasiya rəsm, dəzgah rəssamlığı ilə məşğul olmuşdur. Flmlərdə, kinooçerk və kinojurnallarda Animator işləmişdir. İlk dəfə 1988-ci ildə Respublikada beş hissəli “Göyçək Fatma” cizgi film-operasını yaratmışdır.

Ananın harayı. Rəssam: Ləman Aslanova

Ananın harayı. Ləman Aslanova
Ananın harayı. Rəssam: Ləman Aslanova

Ləman Aslanova 1997-ci ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Milli Konservatoriyanın nəzdində Respublika İncəsənət Gimnaziyasının məzununudur