1905.az rəsm qalereyası

Bəhruz Kəngərli. “Qaçqın qadın” (1919)

qaçqın qadın future
Bəhruz Kəngərli. “Qaçqın qadın” (1919)

Bəhruz Kəngərli 1918–1920-ci illərdə erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba torpaqlarından zorla qovulmuş və Naxçıvana pənah gətirmiş azərbaycanlı qaçqınların portretlərindən ibarət silsilə əsərlər yaratmışdır. Bu silsilədən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Qaçqın Gümşün”, “Ayaqyalın qaçqın oğlan” və s. onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. Rəssam təsvir etdiyi qaçqın uşaqların hər birinin simasında didərgin düşdükləri ata-baba ocaqlarının həsrətini, keçirdikləri hiss və həyəcanları, gözlərinə qonmuş qüssə və kədəri özünəməxsus ustalıqla əks etdirmişdir.

Mənbə: X.Əsədova. “Bəhruz Kəngərli”. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013,

Təhqir olunmuş Xocalı. Rəssam: Asif Azərelli

17 086
Təhqir olunmuş Xocalı. Rəssam: Asif Azərelli

Əsərdə düşmən tapdağı altında qalan maddi-mənəvi dəyərlərimizi təsvir edilib. Şəklin yuxarı küncündə düşmən tankları, həlak olmuş xocalılar, qətlə yetirilmiş ana-bala, əsas hissədə Azərbaycanın mənəvi mədəniyyət nümunələri – vaxtilə Xocalıda tapılmış saxsı qab parçaları, pərdəsi cırılmış tar, yarıya bölünmüş kamança, sındırılmış qaval, yerə atılmış Füzulinin kitabı, foto-şəkillər əks olunub. Və əlində avtomat olan erməni əsgəri bu dəyərləri tapdalayır.

Maral Rəhmanzadə. Laçın, Qurtac kəndi. 1978

Maral Rəhmanzadə. Laçın, Qurtac kəndi

Maral Rehmanzade
Maral Rəhmanzadə. Laçın, Qurtac kəndi. 1978

Azərbaycanın Xalq Rəssamı (1964), Azərbaycan Respublikası Dövlət mükafatı laureatı (1965) Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1930-1933) və Moskva Rəssamlıq İnstitutunda (1934-1940) oxumuşdur.

Laçın

laçın
Hüseyn Əliyev – Laçın

Azərbaycan xalq rəssamı Hüseyn Əlirza Əliyev 1911-ci ildə Sisiyan rayonunun Comərdli kəndində dünyaya göz açmışdır. Rəssam kimi ilk təbiət mənzərəsini çəkəndə onun 12 yaşı olub. Bakıda Rəssamlıq Texnikumunda oxumuşdur (1927-1932). 1922-1931-ci illərdə “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur. Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1932-1935) təqaüdə çıxanadək «Xalq qəzeti»nin («Kommunist») bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində işləyib.

Cıdır düzü

cidir duzu
Səttar Bəhlulzadə – Cıdır düzü. 1956

Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində anadan olub. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa “Kommunist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə o dövrə uyğun məzmunlu ilk karikaturaları çap edilib. Səttar Bəhlulzadə iki Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur.

Keçmişimizdən bu günümüzə

IMG-20150410-WA0001
Keçmişimizdən bu günümüzə. Rəssam: Aygün İlyasova

“Keçmişimizdən bu günümüzə” əsərində  Azərbaycan xanlıqları dövründə olan bayraqlar və Qarabağ xalçasından ibarət olan bir kompozsiya qurulub.  Əsərdə həmçinin dövlət gerbimizdən və üç rəngli bayrağımızdan müəyyən hissələr verilmişdir. “Keçmişimizdən bu günümüzə” əsəri 2014- cü ildə Azərbaycan Respublikası Nazirlər kabinetinin yanında Dövlət Bayrağı Meydanı kompleksi idarəsinin birgə təşkil etdiyi “Bayrağımız qürur mənbəyimizdir!” sərgisində nümayiş olunub.