HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

ARAŞDIRMA

Mir Möhsün Nəvvabın “Bax” şeirində Qarabağ həqiqətləri

Bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq, Azərbaycanda 2023-cü il “Heydər Əliyev ili” və ” Şüşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili kimi qeyd olunur.

Göyçay tarixi


Göyçayın zəngin tarixinin tədqiqinə başlamamışdan əvvəl bəzi məsələlərə aydınlıq gətirilməsinə ciddi ehtiyac var. Hər şeydən əvvəl aydınlaşdırılmalıdır ki, Göyçayın tarixi dedikdə biz hansı ərazinin tarixindən – bugünkü 55 kənd və 1 r-n mərkəzini əhatə edən ərazi, yoxsa bu ərazidən dəfələrlə böyük olan Göyçay qəz.-nın ərazisinin tarixindən bəhs etməliyik?

GÖYÇAY RAYONUNUN COĞRAFİ MÖVQEYİ VƏ ÜMUMİ MƏLUMAT

Ərazisi 735 kv.km

İnzibati mərkəzi Göyçay şəhəridir.

Göyçay Azərb. Resp.-nın tərkibində inzibati rayon olmaqla 40020/ ilə 40050/ şm. enlikləri və 470 40/ ilə 48010/ ş. uzunluqları arasında yerləşir.

R-nun ərazisi şm.-dan c.-a 25 km, ş.-dən q.-ə isə 42 km məsafədə uzanır. R-nun mərkəzi Göyçay ş. Bakı-Qazax magistral yolunun 216 km-liyində, Ucar dəmiryol stansiyasından 18 km məsafədədir.

Göyçay ədəbi mühiti

Göyçayda ədəbi-bədii yaradıcılıqla məşğul olan, bədii sənət nümunələri yaradan bir çox sənətkarlar yaşayıb-yaratmışlar və bu proses bu gün də davam edir. XV əsrin sonu – XVI əsrin ortalarında yaşamış, dahi Füzulini öz sənətinin gücü ilə heyran edən Həbibidən başlayaraq, bu günə kimi öz mövcudluğunu davam etdirən Göyçay ədəbi mühitinin 550 ildən çox yaşı vardır. Bu illər ərzində bu torpaqda onlarca ədib dünyaya göz açmış, Azərb. ədəbiyyatına, bədii söz xəzinəsinə yaddaqalan əsərlər bəxş etmişdir. 

Göyçay döyüşləri (18 iyun-2 iyul 1918 il)


Göyçay döyüşlərinin tarixşünaslığı


Azərb.-ın beş min illik dövlətçilik tarixi Vətənimizin istiqlalı uğrunda mübarizələrlə, qəhrəmanlıqlarla zəngindir. XX əsrin əvvəllərində baş vermiş belə qəhrəmanlıqlardan biri Göyçay döyüşləridir. Azərb. tarixinin qəhrəmanlıq səhifələrindən olan “Göyçay döyüşləri” mövzusu bu gün öz aktuallığı ilə diqqəti cəlb edir.

AZƏRBAYCAN AŞIQ SƏNƏTİNDƏ MULTİKULTURAL ÇALARLAR: ŞİRVAN AŞIQ MƏKTƏBİNİN GÖYÇAY MÜHİTİ

Aşıq sənəti çox qədim tarixi köklərə malik olan xalq yaradıcılığı sahəsidir. Tarixi inkişafı ərzində müxtəlif mərhələlərdən keçmiş aşıq sənəti bir çox mədəni dəyərləri özündə birləşdirmişdir. Bu sənət sahəsini öyrənərkən qarşımıza çıxan ilk suallardan birincisi “aşıq” sözünün etimologiyası ilə bağlıdır. “Aşıq” sözü ərəb mənşəli “aşiq” sözündən götürülüb və mənası “sevən” deməkdir. Yəni Allahı bütün qəlbi ilə sevən insan.

“Aşıq” sözünün etimologiyası daha qədim Varsaq, Yanşaq, Uzan-Ozan, Aşiq adlarından törəndiyi artıq elmə məlumdur. Aşıq sənətkarlarlar orta əsrlərdən xalq arasında xüsusi hörmət və rəğbətlə qarşılandıqları üçün onlar “əhli-həqq”, “haqq aşiqi” kimi adlandırılmışlar. Əksər aşıq mühitlərinin yayıldığı ərazilərdə Dədə və ya “haqq aşiqi” adlandırılan sənətkarlar dünyasını dəyişdikdən sonra onların məzarları ziyarətgahlara çevrilmişdir. Aşıqların xalq arasında böyük etimadı olmasını Gorus məktəb nəzarətçisi P.Vostrikov belə şərh edir. “Əhali aşığın sözünə tam mənası ilə inanır və etiqad bəsləyir. Bu kəndlərdə hətta savadlı ziyalılar aşıq qədər hörmətə malik deyildir. Kəndli alimə o qədər inanmır, nə qədər ki bu sadə xalq şair-müğənnisinə inanır”.