HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

ARAŞDIRMA

“Göyçay tarixi”


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)  özünün çoxillik milli maarifçilik ənənəsinə sadiq qalaraq “Göyçay tarixi” adlı yeni kitabını oxuculara təqdim edib. Kitabın ideya müəllifi və naşiri AVCİYA-nın prezidenti Elxan Süleymanov, müəllifi AVCİYA-nın vitse-prezidenti, tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlıdır.

Jurnalistikada mənbə


Reportyorluq, jurnalistika iki böyük önəmli bacarıq, vərdiş tələb edir.  Bunun birincisi müsbət informasiya toplamaqdır.  Əslində jurnalistlərin xəbərləri bir araya toplamaq üçün istifadə etdikləri hər şey informasiya mənbələridir. Mövzuları,  dünyada baş verən hadisələri izləyicilərə çatdırmaq, izah etmək üçün mənbələr çox vacibdir. Jurnalistlər öz müşahidələrini, analizlərini mümkün qədər çox istifadə etməyə çalışırlar. Amma bu çox vaxt mümkün olmur. Bəzi hadisələr və ya məsələlər jurnalist ora çatmadan bitir. Yalnız öz gördüklərini xəbər verən jurnalistlər gözdən kənar məqamları izah edəcək  mənbələri olmadıqda, xəbərin böyük bir qisimini  qaçırırlar.

Professor Asif Hacıyev Moskva universitetinin tələbələrinə mühazirə oxuyub

Azərbaycan Universitetinin professoru Asif Hacıyev Moskva Pedaqoji Dövlət Universitetinin “Regionşünaslıq və etnomədəni təhsil” fakültəsinin filologiya və regionşünaslıq ixtisasları üzrə təhsil alan tələbələri üçün “Rus və Azərbaycan şəbəkə ədəbiyyatının tarixi, tipologiyası və poetikası” mövzusunda onlayn mühazirə oxuyub. Mühazirədən öncə fakültə dekanı professor Yelena Omelçenko professor Asif Hacıyevi iştirakçılara təqdim edib, onun elmi-pedaqoji fəaliyyəti, müxtəlif ölkələrdə dərc olunmuş kitabları haqqında məlumat verib.

Azərbaycan elminə, ədəbiyyatına sədaqətlə xidmət edən ziyalı


Məmmədağa Sərdarov haqqında məqalə yazmaq, barəsində xoş sözlər söyləmək heç də çətin deyil, çünki biz, yəni hər iki müəllif uzun illərdir ki, onunla dostluq edirik. Məmmədağa müəllimlə söhbətlərimiz tutur, vaxtaşırı görüşüb çay süfrəsi arxasında, gözəl Bakımızın istirahət parklarında, dənizkənarı bulvarda gəzişirik. Birimiz Məmmədağa müəllimlə 50 il bundan əvvəl gənclər təşkilatında və dövlət qulluğunda, digərimiz isə 2000-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunda bir yerdə işləmişik. Ona görə də dostumuz haqqında, onun çətin, lakin mənalı həyat yolu haqqında bilgimiz və təəssüratımız zəngindir.