HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Birinci Manşet

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə mayın 25-də Moskvaya işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digər rəsmi şəxslər qarşıladılar.

Prezident İlham Əliyev Monteneqro parlamentinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Monteneqro parlamentinin sədri xanım Daniyela Curoviçi qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin yaxşı səviyyədə olduğunu bildirdi. Prezident İlham Əliyev hazırkı dövrdə Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində ölkəmizin önəmli tərəfdaşa çevrildiyini dedi, Azərbaycan ilə Monteneqro arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat və energetika sahələrində də əməkdaşlığın genişləndirilməsinin önəmini vurğuladı.