Yeni Azərbaycan Partiyasının VI qurultayı aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, Prezident İlham Əliyevin namizədliyini irəli sürüb

Yeni Azərbaycan Partiyasının VI qurultayı 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, qərar yekdilliklə qəbul olunub.

AZƏRTAC

 

Prezident İlham Əliyev Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevə “Şahdağ” qış-yay turizm kompleksinin hazırkı vəziyyəti və burada bu il ikinci mərhələdə görüləcək işlər barədə məlumat verdi. Qeyd edildi ki, burada dəniz səviyyəsindən 2350 metr yüksəklikdə 5 nömrəli lift meydançası inşa ediləcək və 4,2 kilometr uzunluğunda yeni eniş zolağı tikiləcək. Bu, ən uzun zolaq olmaqla yanaşı, mürəkkəbliyinə görə də qırmızı dərəcəli zolaq olacaq.