1905.az portalında “Qara bağ” filminin nümayişi olub.

Poster AZE

Noyabrın 17-də 1905.az portalının redaksiyasında rejissor Amil Məmiyevin “Qara bağ” filminə baxış olub. Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2015-ci ildə çəkilib. Filmin ssenari müəllifi Amil Məmiyevdir, baş rollarda Vidadi Əliyev, Rasim Cəfərov, Ayşad Məmmədov, Elxan Abbasov və başqaları çəkilib.  “Qara bağ” filmi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “VII Azərbaycan ailəsi – 2015” film festivalının ən yaxşı film nominasiyasında qalibi olub.

Deputat Elxan Süleymanov: “AŞPA-nın Siyasi Məsələlər Komitəsi Ermənistan silahlı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərindən geri çəkilməyə çağırır”

Elxan Süleymanov

Amerika Birləşmiş Ştatlarının postsovet məkanını öyrənən nüfuzlu mərkəzinin www.cxssr.org portalında millət vəkili Elxan Süleymanovla  müsahibə dərc olunub. Müsahibənin tərcüməsini oxucularımıza təqdim edirik.

Paris, 4 noyabr 2015-ci il: Bir neçə saat davam edən olduqca gərgin müzakirələrdən sonra AŞPA Siyasi Məsələlər Komitəsi 26 səs lehinə, 10 səs əleyhinə və 3 səs bitərəf olmaqla, böyük çoxluqla qətnamə qəbul etdi. Qətnamə Assambleyaya “Ermənistan silahlı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərindən geri çəkilməyə və bu ərazilərdə Azərbaycanın tam suverenliyini təmin etməyi” təklif etməyə çağırır.

AŞPA seçki müşahidə missiyasının Azərbaycanda keçirilmiş 1 noyabr 2015-ci il parlament seçkiləri ilə bağlı qiymətləndirməsi haqqın və ədalətin zəfəridir

Elxan SüleymanovElxan Süleymanov

Şamaxının Millət Vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü

Avropa Parlamenti, ATƏT PA və ATƏT/DTİHB Azərbaycanda 1 noyabr seçkilərini müşahidə etməkdən imtina etdilər. Bununla kifayətlənməyən bu beynəlxalq qurumlar AŞPA-ya da bu seçkiləri müşahidə etməkdən yayındırmaq üçün güclü təzyiqlər etdilər. Bu ədalətsiz təcridin yeganə məqsədi dünyada Azərbaycanın mənfi imicini formalaşdırmaq, insan hüquqları bəhanəsi ilə ölkəmizə siyasi təzyiq etmək, stabilliyi pozmaq, işğal edilmiş torpaqlarımızı bizlərə unutdurmaqdır.