HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Birinci Manşet

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ICESCO-nun Baş direktoru ilə görüşüblər 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 2-də ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüblər.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanda keçirilən və dünyanın müxtəlif ölkələrindən çox sayda qonağın iştirak etdiyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin önəmi vurğulandı, ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğu məkana çevrildiyi qeyd edildi.

Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mourini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyətinə toxunaraq, bu tədbirə ev sahibliyi etməsi üçün ölkəmizin seçilməsinə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Konqresin Azərbaycanda yüksək səviyyədə təşkili üçün böyük hazırlıq işlərinin görüldüyünü vurğuladı.