Prezident İlham Əliyev “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 6-da Bakı Ekspo Mərkəzində “AITF-2018” XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2018” XII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

 

Erməni məkri və acı nəticələr

1998-ci ildən başlayaraq, hər il Azərbaycan Respublikasında 31 Mart – Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, anım tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb edilir. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayaraq ona ilk dəfə əsl hüquqi-siyasi qiymət vermişdi.