HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Birinci Manşet

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanışlıq

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.

Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Laçın rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” yarımstansiyasının açılışında, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin təməlqoyma mərasimlərində iştirak edib, Laçın şəhərində Aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub.