Xəbər

Monitorinq baş tutdu

atet-monitorinq(3)l

Müdafiə Nazirliyinin saytina istinadən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 8-də Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

http://mod.gov.az/index2.php?content=news/2016/20161208_monitorinqbitdi

Ermənistan silahlı qüvvələrinə məxsus PUA məhv edilib

pua

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, noyabrın 26-sı axşam saatlarında cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

pua2

 

Hərbi qulluqçumuz şəhid olub

sehid

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu şəhid olub.

Ermənistan silahlı qüvvələrinə məxsus PUA məhv edilib

 

pua1

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumada görə, noyabrın 14-ü axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

http://mod.gov.az/index2.php?content=news%2F2016%2F20161115_pua

Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir

mudafie nazirliyi

Müdafiə Nazirliyini saytına istinadən verilən məlumata görə, noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.