HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

DSX: Odlu silahdan açılmış atəş nəticəsində yaralanan əsgərin həyatını xilas etmək mümkün olmayıb

Martın 7-də saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı əsgər Qarayev Eltun Elman oğlu odlu silahdan açılmış atəş nəticəsində yaralanıb, dərhal Qazax Rayon Diaqnostika Mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.