HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə və taborun müdafiə rayonuna atəş zərbələri vurulub

Düşmən ağır itkilərə məruz qalıb

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək məqsədilə döyüşə hazırlıq vəziyyətinə gətirilib.

Ermənistana məxsus PUA məhv edilib

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, iyunun 21-i axşam saatlarında cəbhənin Tərtər istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.