HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

Hərbi qulluqçumuz şəhid olub

5d32d5e98303f1c6cc2200b22b78cffe_800

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, martın 11-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

http://mod.gov.az/az/news/herbi-qulluqcumuz-helak-olub-17917.html

MN:Ermənistan silahlı qüvvələrinin dayaq məntəqəsinə cavab zərbəsi vurulub – VİDEO

af45d8739fe1ec06822fa86f49e2ff58

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.