HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

ATƏT-in Minsk Qrupu Vyana danışıqlarının yekunlarına dair bəyanat yayıb

Osce

ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələri təmsil edən ABŞ-ın dövlət katibi Con Kerri, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir mayın 16-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında keçirilmiş görüşün yekunlarına dair birgə bəyanat yayıblar.

Ermənistanın silahlı bölmələri Tərtərin yaşayış məntəqəsini atəşə tutmağa başlayıb

14625229052151056893_1000x669

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, mayın 13-ü saat 18.20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qazyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başlayıb.
Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir.

Əsgərimiz şəhid olub

sehid

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Ərəbli Rahil Rafiq oğlu şəhid olub.

Düşmən dövlət sərhədində növbəti dəfə təxribat törədib

ateskes

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, qoşunların təmas xəttində əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.

Yaralı zabitimiz dünyasını dəyişib

1462773090_6000-1Aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan zabitimiz kapitan Savalanov Nəcməddin Akif oğlunun həyatını xilas etmək üçün həkimlərin səyinə baxmayaraq o, mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

mod.gov.az