HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

MN: Erməni silahlı bölmələri 2015-ci ildə cəbhədə 143 ölü itki verib, düşmənin 11 pilotsuz uçan aparatı vurulub

ru ateskesErmənistan Silahlı Qüvvələri tərəfindən 2015-ci ildə cəbhə xəttində atəşkəs rejimi ümumilikdə 8830 dəfə pozulub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqə görə, 2015-ci ilin yanvar ayında 714, fevralda 625, martda 682, apreldə 575, mayda 728, iyunda 738, iyulda 819, avqustda 836, sentyabrda 828, oktyabrda 695, noyabrda 773, dekabrda 817 atəşkəs pozuntusu faktı qeydə alınıb.

Ermənistan silahlı qüvvələrinin pilotsuz uçan aparatı məhv edilib

pilotsuz

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, dekabrın 25-də saat 11.45 radələrində Tərtər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçan aparat aşkarlanaraq bölmələrimiz tərəfindən sərrast atəşlə dərhal məhv edilib.

Ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib

cebhe future

Müdafiə Nazirliyinin saytında istinadən verilən məlumata görə, ötən gün və gecə ərzində Silahlı Qüvvələrimizin bölmələri müxtəlif istiqamətlərdə düşmənin təxribat törətmək cəhdlərinin qarşısını qətiyyətlə alaraq onun atəş nöqtələri və mövqelərinə müxtəlif çaplı silahlardan dəqiq zərbələr endiriblər. Qarşı tərəfin bir neçə texnikası sıradan çıxarılıb, şəxsi heyəti arasında ən azı 2 nəfər ölən və 4 yaralanan var. Ümumilikdə ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib.