Xəbər

mudafie nazirliyi kicik

Erməni tərəfi cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir

mudafie nazirliyi

Müdafiə Nazirliyini saytına istinadən verilən məlumata görə, noyabrın 2-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.

cebhe future

Ermənilərin təxribatının qarşısı alınıb

cebhe future

Düşmən itki verərək geri çəkilib
Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, oktyabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri, mürəkkəb iqlim şəraitindən istifadə edərək, cəbhənin cənub istiqamətində mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər.

ateskes feature

Silahlı Qüvvələrimizin hərbi qulluqçusu şəhid olub.

ateskes

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb.
Oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.

ateskes future

Erməni silahlı bölmələri avqustda atəşkəsi 467 dəfə pozub

ateskes

Avqust ayında erməni silahlı bölmələri atəşkəs rejimini 467 dəfə pozub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan və snayper tüfənglərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.