HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

QARABAĞ AZƏRBAYCANDIR!

“Əziz Şuşa” beynəlxalq veloyürüşü: İlk mərhələdə uğur qazanan idmançılara mükafatlar təqdim edilib

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsində uğur qazanan idmançılar mükafatlandırılıblar.

AZƏRTAC xəbər verir ki, Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında 21 kilometr məsafəyə fərdi ötüşmə növündə qalib gələn Azərbaycan millisinin və Türkiyənin “Sakarya BB Pro Team” kontinental klubunun üzvü Elçin Əsədova qızıl medalı Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev təqdim edib.

ANAMA: Zəngilanın Ağalı kəndinə köçürüləcək vətəndaşlara mina təhlükəsinə dair məlumatlandırma təlimlərinə başlanılıb

Vətəndaşların işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz və dayanıqlı məskunlaşmasında, bu ərazilərə həyatın qaytarılmasında və ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında körpü rolunu daşıyan “Böyük Qayıdış” layihəsi çərçivəsində Qarabağda genişmiqyaslı minatəmizləmə fəaliyyəti, eləcə də paralel şəkildə yenidənqurma işləri davam etdirilir.

Şuşada IX Qlobal Bakı Forumunun panel iclası keçirilir

Xəbər verdiyimiz kimi, Azərbaycan işğaldan azad edilmiş ərazilərinə iyunun 19-da səfər edən IX Qlobal Bakı Forumunun iştirakçıları Füzulidən sonra Şuşaya gəliblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda təşkil olunun IX Qlobal Bakı Forumunun Şuşada panel iclası işə başlayıb.