HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

QARABAĞ AZƏRBAYCANDIR!

Cəbhədə oktyabrın 22-nə olan vəziyyət

Oktyabrın 21-i gün ərzində və 22-nə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Cəbrayıl və Zəngilan-Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Anar Eyvazov: Düşmənin mövqeləri darmadağın edilir

Düşmənin mövqeləri darmadağın edilir. Ordumuz tərəfindən aparılan əks-hücum əməliyyatlarında ermənilərin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır.AZƏRTAC xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Azərbaycandan dünyaya örnək hərbi əməliyyat: 5-ci nəsil müharibə


Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatı ilə dünya hərb tarixində yeni səhifə açıb. Dünyanın müxtəlif ölkələrini təmsil edən hərbçilərin, bu sahə üzrə mütəxəssislərin fikrincə, Azərbaycan XXI əsrdə müharibə aparmağın parlaq nümunəsini ortaya qoyub.

Azərbaycanın milli dronu olan “Zərbə”nin xüsusiyyətləri


Düzgün innovativ həllər yalnız vətəndaşların rahatlığı yox, həmçinin Vətənin təhlükəsizliyi ola bilər. Bu gün Ordumuzun pilotsuz uçan aparatlardan (PUA) geniş istifadə etməsindən hamı məlumatlıdır. Hər kəs Türkiyə istehsalı “Bayraktar” PUA-larından danışır.