Atəşkəs davam edir…

Cəbhə-xətti

Cəbhədə gərginlik: 5 erməni hərbçisi öldürüldü…

Cəbhə xətti

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, aprelin 21-də cəbhənin Tərtər istiqamətində erməni silahlı birləşmələri ilə döyüş toqquşması baş verib. Qısa müddətli döyüşdə Silahlı Qüvvələrimizin bölmələri düşmənə ağır zərbə endiriblər. Nəticədə düşmənin 5 hərbiçisi məhv edilib, 10 nəfərədək yaralısı var.

Gizir Şahmuradə əlizadə kicik

Hərbi qulluqçumuz şəhid olub

Gizir Şahmuradə əlizadə
Foto: xəbər.az

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə Erməni silahlı bölmələrinin atəskəs rejimini pozması nəticəsində xidməti vəzifələrini yerinə yetirən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, gizir Əlizadə Şahmurad Hilal oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!