HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

QARABAĞ AZƏRBAYCANDIR!

İşğaldan azad edilən ərazilərdə yeni su anbarları tikiləcək

  • İşğaldan azad edilən ərazilərdə 3 yeni su anbarı tikiləcək. Məqsəd  dayanıqlı su mənbəyi yaratmaqdır. Qeyd edək ki, artıq Zabux çay su anbarında işlərə başlanılıb. Bu su anbarları sakinlərin içməli suya olan tələbatını ödəməklə yanaşı, əkinə yararlı torpaqları da suvarma suyu ilə təmin ediləcək.

Zabux kəndinə növbəti köç: 783 nəfərin daimi məskunlaşması təmin edilib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

AZƏRTAC xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 25-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 27 ailə – 95 nəfər köçürülüb.

Beləliklə, indiyədək Zabux kəndində 203 ailənin (783 nəfər) daimi məskunlaşması təmin edilib.

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Dekabrın 18-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

AZƏRTAC xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə – 94 nəfər köçürülüb.