HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

QARABAĞ AZƏRBAYCANDIR!

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun bölmələri heç bir itki verməyib və cəbhə xətti boyu əməliyyat şəraitinə tam nəzarət edir

“Mənim addımım” blokunun sentyabrın 16-da Yerevanda keçirilən seçkiqabağı təbliğatı zamanı çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyanın guya son üç gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə dediklərinə cavab olaraq Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, xaosun hökm sürdüyü Ermənistanda həmişə olduğu kimi, bu dəfə də ölkənin hərbi rəhbərliyi baş naziri aldadaraq ona yalan məlumat verib.

Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

Müdafiə nazirliyinin saytına istinadən verilən məlumata görə, iyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.