HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

QARABAĞ AZƏRBAYCANDIR!

Erməni hərbçiləri Füzuli rayonunda taxılbiçən kombaynı atəşə tutub

Mayın 29-da səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Füzuli rayonunun işğal olunmuş Qorqan kəndi istiqamətində yerləşən mövqelərindən Aşağı Əbdürrəhmanlı kəndi ərazisində taxıl sahəsində arpa biçən kombaynı atəşə tutub. Nəticədə kombayna 10-dan çox güllə dəyib.

Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Müdafiə Nazirliyinin BƏYANATI

Müdafiə Nazirliyin saytına istinadən verilən məlumata görə, Ermənistanda hakimiyyəti sona çatmış qanlı və cinayətkar rejimin tərəfdarlarının qoşunların təmas xəttində vəziyyəti gərginləşdirmək məqsədilə müxtəlif təxribatlara cəhd göstərəcəkləri istisna edilmir.