HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

QARABAĞ AZƏRBAYCANDIR!

Ermənistana məxsus PUA məhv edilib

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, dekabrın 25-i günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Düşmən atəşindən hərbi qulluqçumuz şəhid olub

Müdafiə nazirliyinin saytına istinadən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu  Salahov Fizuli Süleyman oğlu şəhid olub.