HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

QARABAĞ AZƏRBAYCANDIR!

Düşmənin şəxsi heyətlə dolu hərbi nəqliyyat vasitəsi məhv edilib – VİDEO

f6add3f904a293404c919bdeaf4dab60_800

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, fevralın 9-da axşam saatlarında cəbhənin Ağdərə-Tərtər istiqamətində düşmənə məxsus və içərisində şəxsi heyət olan hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.
Qarşı tərəf itkilər barədə məlumatı yenə də gizlədir.

http://mod.gov.az/az/news/dusmenin-sexsi-heyetle-dolu-herbi-neqliyyat-vasitesi-mehv-edilib-font-color-red-video-font-17590.html

 

Ermənistan silahlı bölmələri yanvarda atəşkəsi 1063 dəfə pozub

ateskes

Yanvar ayında erməni silahlı bölmələri atəşkəs rejimini 1063 dəfə pozub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan və snayper tüfənglərindən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Dövlət sərhədində Ermənistana məxsus PUA məhv edilib

10ed8e48cc98f3dbc899970e65247424

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, yanvarın 22-i gündüz saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

http://mod.gov.az/az/news/dovlet-serhedinde-ermenistana-mexsus-pua-mehv-edilib-17409.html

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

shehid-1

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.