HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

QARABAĞ AZƏRBAYCANDIR!

Dövlət sərhədində Ermənistana məxsus PUA məhv edilib

10ed8e48cc98f3dbc899970e65247424

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, yanvarın 22-i gündüz saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

http://mod.gov.az/az/news/dovlet-serhedinde-ermenistana-mexsus-pua-mehv-edilib-17409.html

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

shehid-1

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.

Təxribata cəhd göstərən düşmən itkilərə məruz qalıb

Müdafiə nazirliyi

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.
Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Ermənistan silahlı qüvvələrinə məxsus daha bir PUA məhv edilib

pua1

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, dekabrın 12-si cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Monitorinq baş tutdu

atet-monitorinq(3)l

Müdafiə Nazirliyinin saytina istinadən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 8-də Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

http://mod.gov.az/index2.php?content=news/2016/20161208_monitorinqbitdi