1905.az

  • Ermənilərin ‘gəliş’i
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların soyqırımları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Erməni dövləti
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların deportasiyaları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Ermənistanın Azərbaycana təcavüzü
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Atəşkəs davam edir…
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanca
  • العربية
  • Հայերեն
  • English
  • Français
  • ქართული
  • Deutsch
  • فارسی
  • Русский
  • Español
  • Türkçe

XƏBƏR AXINI

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
  • Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışı olub
  • Şamaxıda “ASAN Həyat” kompleksi istifadəyə verilib Prezident İlham Əliyev açılışda iştirak edib
  • Azərbaycan Prezidenti Heydər Əliyevin 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 27 mart 2003-cü il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – 27 mart 2002-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 29 mart 2000-ci il
  • 31 Mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 30 mart 1999-cu il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 24 fevral 1996-cı il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar keçirilən mərasimdə çıxışı – Təzəpir məscidi, 26 fevral 1995-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti – 25 fevral 1995-ci il
  • Xocalı soyqırımı qurbanlarının ailələrinə – 1 mart 1994-cü il

1905.az Kitabı

elkhan-suleymanov.az Şamaxının millət vəkili
Elxan Süleymanovun
fərdi veb saytı
  • Sənədlər
  • Xəritələr
  • Nəşrlər

Kitab rəfi

xocalı soyqırımı

XANƏGAH (QUBA RAYONU) MƏSCİDİ

  • XANƏGAHDA MƏSCİD DAĞILIR…
  • Qubada tarixi məscid məhv olmaq təhlükəsi ilə üz-üzə – Fotolar
  • “Sovet dövründə anbara çevrilmiş məscid təhlükədədir” – Fuad Babayev
  • 4660 saylı və yerli əhəmiyyətli abidə haqqında…
  • Xanəgah məscidi 1 şeir və 14 şəkildə

132

  • Gülər Qafqazlının “Məzun sözü”
  • BABƏK
  • Şəlalə Bağırovanın “Məzun sözü”
  • H.Cavid adına 132 nömrəli məktəb

«DQMV» – Qarabağın sızlayan yarası

18.09.2019

DQMV

Azərbaycanda və Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra daşnak və bolşeviklər əvvəlki niyyətlərindən əl çəkmədilər və Qarabağın Ermənistana birləşdirilməsi üçün konkret addımlar atmağa başladılar.

 

Erməni millətçilərinin geniş təmsil olunduğu Rusiya K(b)P MK bu məsələdə birtərəfli, qərəzli mövqe nümayiş etdirərək 1921-ci ilin iyununda Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın Ermənistana məxsusluğunu əks etdirən bəyannamə ilə çıxış etdi. Dağlıq Qarabağa muxtariyyət verilməsi Zaqafqaziya Federasiyası və SSRİ-nin yaradılması prosesləri ilə paralel gedirdi. 1922-ci ilin fevralında Zaqafqaziya kommunist təşkilatlarının I qurultayında Rusiya Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Ölkə Komitəsi Dağlıq Qarabağa muxtariyyət verilməsinə dair 5 iyul qərarını qəbul etdi.  S.Orconikidzenin rəhbərlik etdiyi Zaqafqaziya Ölkə Komitəsinin 27 oktyabr 1922-ci il tarixli iclasında Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinə 5 iyul qərarının həyata keçirilməsi təklif edildi. Zaqfederasiyanın İttifaq Soveti isə Dağlıq Qarabağa muxtariyyət verilməsinin sürətləndirilməsi haqqında xüsusi qərar qəbul etdi. Hadisələri izlədikcə belə bir qənaətə gəlmək olur ki, sanki Zaqfederasiyanın yaranması və fəaliyyəti ancaq bir məsələyə xidmət edib – Qafqazda ermənilərin mövqeyini daha da gücləndirmək, Azərbaycan torpaqlarını müxtəlif adlarla ermənilərə bağışlamaq və Qarabağın dağlıq hissəsində muxtar vilayət yaradıb onu da separatçılara hədiyyə eləmək. Əslində Qarabağın dağlıq hissəsi geniş bir ərazidir və onun bir hissəsində məskunlaşan ermənilərə ayrıca bir qurum yaratmağın arxasında gizlinlər vardı. O vaxt Azərbaycan hökuməti yaranan vilayətin gələcək fəsadlarını hiss edirdi və ona açıq olmasa da uzun müddət müqavimət göstərirdi. Həmin dövrdə Dağlıq Qarabağla Ermənistan arasında Laçın rayonunun təşkili də bu narahatlıqdan xəbər verirdi. N.Nərimanov, Tağı Şahbazi (Simurq) və 1937-ci ildə repressiya qurbanına çevrilən bir çox ictimai xadim  erməni bolşeviklərinin bitib tükənməyən ərazi iddialarının qarşısını almağa, Xalq Cümhuriyyətindən qəbul elədikləri 114 min kv. km-lik  Azərbaycanı qoruyub saxlamağa çalışırdılar.

 

Lakin SSRİ-nin yaradılmasından sonra 1923-cü ilin mayında Qarabağ Komitəsinin məruzəsi Zaqafqaziya Ölkə Komitəsi plenumunun gündəliyinə daxil edildi. İyunun 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyəti muxtariyyətin dekretləşdirilməsi və onun layihəsinin üç gün ərzində Mərkəzi Komitəyə təqdim olunması barədə qərar qəbul etməyə məcbur oldu.

 

Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında 7 iyul 1923-cü il tarixli Dekretində qeyd edilirdi ki, “Keçmiş Rusiya İmperiyasında milli azlıqları əsarətdə saxlayan çar mütləqiyyəti hətta azlıqda qalan ayrı-ayrı milliyyətləri bir-birinin üstünə salışdırmaqla məhv etməyə əl atmaqdan belə çəkinmirdi. Zaqafqaziyada 1905-ci ildə erməni-müsəlman qırğını velikorus mütləqiyyətinin məhvedici siyasətinə ən yaxşı sübut ola bilər. Zaqafqaziyanın inqilabi fəhlə kütlələri onların sərmayəsinin zülmünə qarşı öz hiddətlərini açıq şəkildə bildirdiyi həmin vaxtlarda çar generalları Vorontsov-Daşkovların əli ilə tarixən bir-biri ilə doğma olmuş iki xalqın – ermənilər və müsəlmanların arasında ədavət toxumu səpildi.”

 

Sənəddə bu qərarın azərbaycanlı və erməni xalqları arasında “beynəlmiləl həmrəyliyin möhkəmlənməsinə” xidmət edəcəyi vurğulanırdı. Dekretə əsasən “Dağlıq Qarabağın erməni hissəsində Azərbaycan SSR-in tərkib hissəsi kimi muxtar vilayətin yaradılması” nəzərdə tutulurdu.

 

Ermənilərin bitib tükənməyən “arzuları”

 

Hələ 1921-ci ildə Rusiya K(b)P-nin Qafqaz Diyar Bürosu tərəfindən qəbul olunan qərarda muxtariyyətin mərkəzi Şuşa göstərilsə də, Azərbaycan MİK bəzi narahatlıqları nəzərə alaraq öz dekretində vilayətin mərkəzi kimi Xankəndini göstərdi. Ardınca onların növbəti “arzusu” dilə gəldi və 6 oktyabr 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin müraciətinə əsasən vilayətin mərkəzi Xankəndi qəsəbəsinin adını dəyişdirərək onu xalqımızın qanını içənlərdən birinin – Stepan Şaumyanın “şərəf”inə Stepanakert adlandırdı. Baxmayaraq ki, XVIII əsrin ortalarında Qarabağ xanları tərəfindən əsası qoyulan Xankəndi bölgənin çar Rusiyası tərəfindən işğalından sonra da həmişə öz tarixi adını qoruyub saxlamaqla Şuşa qəzasının tərkibində idi. 1923-cü ilin iyulunda Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından sonra Xankəndinin adının dəyişdirilməsi əslində bölgənin erməniləşdirilməsinin başlanğıcı idi.

 

Y.Mahmudov və K.Şükürovun “Qarabağ: real tarix, faktlar, sənədlər” kitabında da xüsusi qeyd olunur ki, Qarabağ süni şəkildə aran və dağlıq hissələrinə parçalandı və Azərbaycan rəhbərliyi Qarabağın dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edildi. Özü də bu addım həmin hissədə – Dağlıq Qarabağda yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan, onların hüquqları kobudcasına tapdalanaraq atılmışdı. Nəticədə Qarabağ xanlığının tərkibinə daxil olan Azərbaycan torpaqları ənənəvi tarixi-coğrafi vahidliyini və ya bütövlüyünü itirdi. Hətta RK(b)P MK Qafqaz Bürosunun 5 iyul 1921-ci il tarixli məşhur plenumunda da bu fakt vurğulanırdı ki, “…Yuxarı və Aşağı Qarabağın Azərbaycanla kifayət qədər iqtisadi əlaqələrini nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın…” Bütün bu proseslərdə ermənilərin özgə torpaqlarında özlərinə dövlət yaratmaq hiyləsi aydın görünür. Onlar vaxtı ilə köçüb gəldikləri İrəvan xanlığının ərazisində də belə etmişdilər…

 

Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları kimi onun tərkibində saxlanması ilə onun bütün sahələrdə inkişafına təkan versə də, Azərbaycan xalqına “sevgi”ni artırmadı. İmkan düşdükcə azərbaycanlılar sıxışdırılır, onların kəndləri boşaldılır, məktəbləri bağlanırdı. Müxtəlif formalarda antitürk, antiazərbaycan təbliğatı gedirdi. Artıq yazıçılar, şairlər və başqa zümrədən olanlar qabağa düşmüşdülər. Bu illərdə erməni yazıçısı M.Şaginyanın rus dilində çap etdirdiyi “Dağlıq Qarabağ” kitabçasında da tarixi həqiqətlər saxtalaşdırılırdı. Xalq yazıçısı Mirzə İbrahimov xatırladırdı ki, o vaxt həmin kitab bizə çatan kimi Azərbaycan KP MK-nın birinci katibi M.C.Bağırov işə qarışdı və o kitabı satışdan çıxardılar. Müəyyən vaxtdan sonra M.Şaginyan məktub yazaraq “səhvlər”ini düzəltməklə kitabın yenidən nəşrini ondan xahiş etsə də, Mir Cəfər qətiyyətlə rədd edib: “İndi də mənim əlimlə bu işi görmək istəyir” – deyib, az sonra Bakıya gələn rus incəsənət xadimlərinin arasında olan M.Şaginyanı isə M.C.Bağırov otağından qovub… İllər sonra Mir Cəfər Bağırovun Dzerjinski (indiki Şəhriyar) klubunda təşkil olunan məhkəməsində ona qarşı bu hadisə də bir ittiham kimi səsləndirilir.

 

Belə kitablardan biri də ötən əsrin 80-ci illərində qaniçən Zori Balayan tərəfindən yazılır və həmin sərsəm fikirlər orda da özünə yer tapır.

 

1945-ci ilin payızında müharibədən dərhal sonra Ermənistan KP MK-nın katibi A.Harutyunov ÜİK(b)P MK-nın müzakirəsinə DQMV-nin Ermənistana verilməsi barədə təklif-layihə təqdim edir, xüsusi vurğu ilə bildirir ki, Dağlıq Qarabağın əhalisinin əksəriyyəti ermənilərdən ibarət olduğu üçün həmin ərazi Ermənistana verilməlidir. ÜİK(b)P katibliyi isə Azərbaycan KP MK-nın birinci  katibi M.C.Bağırovun rəyini öyrənmək üçün ona müraciət edir. Ermənilərin dəlillərini alt-üst edən M.C.Bağırov bildirir ki, əgər bu səbəbdən Yuxarı Qarabağın Ermənistana verilməsi məqbul sayılırsa,  DQMV-nin Şuşa rayonu istisna olunmaqla ərazisi Ermənistana verilə bilər. Ancaq bu şərtlə ki, azərbaycanlıların yaşadığı Vedi, Qarabağlar və Əzizbəyov rayonları Azərbaycana verilsin, habelə vaxtilə Gürcüstana (Borçalı) və Dağıstana (Dərbənd və Məhərrəmkənd rayonları) verilən Azərbaycan torpaqları geri qaytarılsın. Bununla hələlik bu məsələ qapadılır.

 

“Hətta 1960-cı illərdə SSRİ-də antitürkiyə kampaniyasının gücləndiyi şəraitdə yenidən bu problemi ortaya atdılar. 1965-ci ildə Dağlıq Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45 min nəfərin “imzaladığı” petisiya Moskvaya təqdim edilmiş, lakin bu iddialar təmin edilməmişdir.” (Y.Mahmudov, K.Şükürov, Qarabağ: real tarix, faktlar, sənədlər.)

 

Qarabağın qara günləri

 

1987-ci ilin noyabrında erməni akademik A.Aqanbekyan Parisdə Dağlıq Qarabağ “problemi”nin yenidənqurma və demokratiya şəraitində həllini tapacağına ümid etdiyini bildirdi. Əvvəllər gizli fəaliyyət göstərən erməni “Qarabağ Komitəsi” açıq fəaliyyətə keçdi. 1988-ci ilin fevralından İrəvanda və Xankəndidə (Stepanakert) mitinqlər başladı. Fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Sovetinin sessiyası vilayətin statusuna baxılması haqqında Azərbaycan SSR Ali Sovetinə müraciət etdi.  Fevralın 20-də Əsgəran rayonunda erməni terrorçuları iki azərbaycanlı gənci qətlə yetirdi, 19 nəfəri yaraladı.

 

Moskvanın “1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında” 1988-ci il 24 mart tarixli qərarı erməni separatçılarını daha da ruhlandırdı. “Nəhayət, Moskva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tərkibindən çıxarmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar qəbul etdi. Məqsəd aydın idi: Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış Xüsusi İdarə Komitəsi muxtar vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etməli idi. Lakin bunu başa düşən Azərbaycan xalqının demokratik mübarizəsi nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum – Təşkilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən istifadə edərək dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu Ermənistan tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva, gözlənildiyi kimi, bu kobud müdaxilə faktına da göz yumdu. 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Dağlıq Qarabağın erməni separatçıları isə yaranmış vəziyyətdən istifadə edərək separatçı siyasi təşkilatlanmanı davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında “Dağlıq Qarabağ respublikası” adlanan oyuncaq qurumun yaradıldığını elan etdilər. Azərbaycan Respublikası həmin qurumu tanımaqdan imtina edərək noyabrın 26-da DQMV-ni milli ərazi qurumu kimi ləğv edir, “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun qanununu qüvvədən düşmüş sayır.” (Y.Mahmudov, K.Şükürov, Qarabağ: real tarix, faktlar, sənədlər.) Həmin qərarla şəhərlərin tarixi adları qaytarılaraq Stepanakert Xankəndi, Mardakert Ağdərə, Martuni isə Xocavənd adlandırıldı. Əsgəran və Hadrut rayonları ləğv edildi, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradıldı, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verildi.

 

Bu isə son. Amma belə sonluq olmaz

 

Dağlıq Qarabağ yarandığı zaman Azərbaycan ərazisinin 5,1 faizini ( 4,4 min kv.km) təşkil edirdi. Hazırda ətraf ərazilərlə yanaşı (cəmi 11 min kv.km) Ermənistanın işğalı altındadır.

 

İşğal nəticəsində ölənlər 20000, şikəstlər 50000, itkinlər isə 4866 nəfər oldu. Ümumi zərər 60 milyard dollardan artıqdır.

 

Bəxtiyar Qaraca

“Azərbaycan” qəzeti, 16 fevral 2013

Tweet
1905.az

Oxşar yazılar

1. Böyük Britaniyada erməni təxribatının qarşısı alınıb 2. “The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb 3. Şuşa Azərbaycanın milli mədəni mərkəzidir 4. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətində xarici yardım amilli haqqında 5. Hikmət Hacıyev: ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qətnaməsini qərəzli və ədalətsiz hesab edirik 6. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Zəngilan rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb

Kvartet

AHISKA TÜRKLƏRİMİZ

CƏNUBİ AZƏRBAYCANDA ERMƏNİLƏRİN TÖRƏTDİYİ SOYQIRIMLAR

İnsanlıq əleyhinə cinayətlər

İSTİQLAL SAVAŞINDA AZƏRBAYCAN ƏSGƏRİ

MƏKTƏBDƏ QİDA – QİDA MƏKTƏBİ

avciya
avciya.az Azərbaycanda Vətəndaş Cəmi̇yyəti̇ni̇n İnki̇şafina Yardim Assosi̇asi̇yası

Müsahibə

Xaqani Səfəroğlu

“Mətbuatda “sosial lift” işləmir, normal əmək haqqı yoxdur”

Nəriman Qasımoğlu

“İnsanlarıımızın şüurunu ona yönəltmək lazımdır ki, Quranı oxusunlar.”

Samir İsayev

“Qanunsuzluq olub olmadığını dərk etmək insanın gördüyü hadisələrə psixoloji yanaşmasının formalarından biridir.”

Tural Gəncəliyev

“Sosial şəbəkədə bizim fəaliyyətimizə etiraz edən şəxslərə tövsiyə edərdim ki, öz enerjilərini dünya erməniliyinə qarşı mübarizəyə sərf etsinlər.”

Nazir Əhmədli

“Məqsədim bütün Qərbi Azərbaycandakı türk izlərini pasportlaşdırmaqdır.”

Azad Əliyev

“Sayt və sosial şəbəkə paralel şəkildə işləyəndə effekt verir.”

azərbaycan xalq cümhuriyyəti - 100

300 söz

Fuad Babayev

SSRİ DÖVRÜNÜ XATIRLADAN AD HAQQINDA YAZI

AD ÇƏKMƏYƏNLƏR ORDUSU

Qəzetlərin sonu?!

ÜÇ ÖLKƏYƏ PULSUZ SƏFƏR

115 yaşlı məktəbdə bir necə saat

ƏN UZUN VƏ ƏN HÜNDÜR…

BİR KƏNDDƏ ÇƏKİLMİŞ İKİ FOTO

İş adamı

Mübarizin arzusu

QUBANIN AĞ ALMASI

Sütun

Dəyanət Musayev

Ermənilərin azərbaycanlılara qarşı soyqırımının tarixi kökləri

Ramiz Sevdimalıyev

Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi zərurətinə dair

Hakkı Keskin

Ermənistan “soyqırımı” iddiaları ilə Azərbaycan ərazilərinin işğalını unutdurmaq istəyir

Gündüz müəllim xatirələrdə

İLYAS BABAYEV (1935-2017)

Tarixi Azərbaycan

Azərbaycan Xalq Cümhuriyyəti

1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.

 

Bizim sənətçi

RETROSPEKTİVA- Nizaminin, Füzulinin bizim olduqlarını sənəti ilə sübut edən SEYFƏDDİN MƏNSİMOĞLU

– Seyfəddin müəllim, necə oldu ağacoyma sənəti ilə məşğul olmağa qərar verdiniz?

Irs

Qarabağ muğam məktəbi

Xalqımızın köklü mədəni dəyərlərinin ayrılmaz hissəsi olaraq qəbul edilən Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilmişdir.

Söz

Rəsul Rza – Sənin adın

Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev) – Azərbaycanın xalq şairi, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı.

Infoqrafika

Laçın rayonuna erməni təcavüzü nəticəsində dəyən zərər

+++az_lacin_infografika.jpg

Bukinist Mendel

Gənc tədqiqatçı-jurnalistin “Erməni terroru və Qriqorian kilsəsi” kitabı işıq üzü görüb

Tədqiqatçı-jurnalist, “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini Anar Turanın “Erməni terroru və Qriqorian kilsəsi” adlı Azərbaycan və ingilis dillərində yeni araşdırması çap olunub.

Wallpaper

Zəngilan

 

wallpaper zangilan

Studio Analitik qrupu Diskussiya klubu Kitabı Səyyar qalereya

© 2019 1905.az | Bütün hüquqlar qorunur.

1905.az STUDIO
  • Azərbaycanlıların soyqırımları
  • Ermənistanın Azərbaycana təcavüzü
  • Atəşkəs davam edir…
  • Erməni dövləti
  • Azərbaycanlıların deportasiyaları
  • Bizim sənətçi
  • Bukinist Mendel
  • Bizim Tarix
  • Irs
  • Wallpaper
  • Infoqrafika
  • Dəyirmi masa
  • Sütun
  • müsahibələr
  • Foto