1905.az

  • Ermənilərin ‘gəliş’i
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların soyqırımları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Erməni dövləti
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların deportasiyaları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Ermənistanın Azərbaycana təcavüzü
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Atəşkəs davam edir…
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanca
  • العربية
  • Հայերեն
  • English
  • Français
  • ქართული
  • Deutsch
  • فارسی
  • Русский
  • Español
  • Türkçe

XƏBƏR AXINI

  • Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib
  • Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib
  • Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü
  • Azərbaycan Prezidenti Heydər Əliyevin 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 27 mart 2003-cü il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – 27 mart 2002-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 29 mart 2000-ci il
  • 31 Mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 30 mart 1999-cu il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 24 fevral 1996-cı il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar keçirilən mərasimdə çıxışı – Təzəpir məscidi, 26 fevral 1995-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti – 25 fevral 1995-ci il
  • Xocalı soyqırımı qurbanlarının ailələrinə – 1 mart 1994-cü il

1905.az Kitabı

elkhan-suleymanov.az Şamaxının millət vəkili
Elxan Süleymanovun
fərdi veb saytı
  • Sənədlər
  • Xəritələr
  • Nəşrlər

Kitab rəfi

xocalı soyqırımı

“İçəri şəhər tarixdə – tarix İçəri şəhərdə ” adlı elmi-praktik konfrans keçirilib.

27.12.2016

15776468_1553467534669187_762715606_o

Dekabrın 26-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “İçəri şəhər tarixdə – tarix İçəri şəhərdə ” adlı elmi-praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva qeyd etdi ki, bu konfrans hər bir azərbaycanlı üçün əziz olan İçəri şəhərin tarixinin araşdırılmasına növbəti töhfədir. “İçərişəhər” Qoruq İdarəsinin Elmi-Mədəni Mərkəzi  bu günə qədər genişmiqyaslı elmi-praktik konfranslar keçirmiş, onun materiallarını  kitab şəklində nəşr etdirmişdir.  

Qoruq İdarəsinin rəisi Əsgər Ələkbərov belə təşəbbüslərin vacibliyini xüsusi vurğalayıb: “ Bu gün “İçəri şəhər tarixdə-tarix İçəri şəhərdə” mövzusunda keçirilən toplantıda görkəmli akademiklərimiz, professorlarımız və milli dəyərlərə, Azərbaycan xalqının qədim tarixi məkanına –İçəri şəhərə və onun əsrlərlə yaşı olan memarlıq, sənət incilərinə maraq göstərən hörmətli qonaqlarımız iştirak edir. Biz elə bir qədim tarixə malik olan xalqıq ki, minilliklərlə yaşı olan şəhərlərimizin, tarixi abidələrimizin tədqiqatı əsrlərdir davam edir və yenə də araşdırmalara, tədqiqatlara ehtiyac var. Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev ən çox sevdiyi və qorunmağa, öyrənilməyə layiq bildiyi İçəri şəhər haqqında demişdir: “İçəri şəhər Azərbaycan xalqının tarixinin, o cümlədən onun milli dövlətçilik tarixinin bir çox açılmamış səhifələri haqqında, zəngin mənəvi və maddi sərvətlər xəzinəsi barədə dəyərli, mötəbər məlumatlar verən və tədqiqinə hələ də ehtiyac duyulan tükənməz mənbədir. Öz adlarını İçəri şəhərin daş kitabələri üzərində həkk etmiş qədim Azərbaycan memarları və sənətkarlarının zəkası və zəhməti ilə açıq səma altında yaradılmış bu “muzey şəhər” hər bir azərbaycanlının qəlbində sonsuz qürur hissi doğurur. İçəri şəhər Azərbaycan xalqının milli sərvəti, milli iftixarıdır.”

Bu günkü konfrans da məhz həmin ideologiyadan qaynaqlanan tədbirlər silsiləsinə daxildir. Bundan əvvəl Qoruq İdarəsi Elmi-Mədəni Mərkəzinin təşkil etdiyi “Şərqdə ilk demokratik respublika”, “Şirvanşahlar sarayı: tarix, həqiqətlər, mülahizələr”, “31 mart azərbaycanlıların soyqırımı günüdür”, “Azərbaycan paytaxtları” və s. bu kimi irimiqyaslı elmi-praktik konfransların tarixi, elmi-mədəni əhəmiyyətini yüksək qiymətləndirdiyimiz  üçün bu ənənəni bu gün də davam etdirməkdəyik”.

Elmi-tədqiqat işlərinə böyük önəm verən natiq gələcəkdə də bu qəbildən olan tədbirlərin keçiriləcəyinə əminliyini ifadə edərək konfransa işində uğurlar diləyib.

Qoruq İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov İçəri şəhərin Azərbaycan tarixindəki əvəzsiz yeri və oradakı tarixi abidələrin bərpasından danışaraq konfransı tariximizin öyrənilməsində növbəti addım kimi qiymətləndirib: “Ərazidəki tarix-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi, milli mədəniyyətin inkişafına və təbliğinə kömək məqsədilə elmi və mədəni, tədbirlərin həyata keçirilməsi, Qoruq ərazisinin beynəlxalq əhəmiyyətli turizm mərkəzinə çevrilməsi, bura geniş turist şəbəkəsinin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Və bu məqsədlə bu gün “İçəri şəhər tarixdə-tarix İçəri şəhərdə”  mövzusunda növbəti elmi -praktik konfrans keçirilir.

Mənbələr, eləcə də tarixi və arxeoloji materiallar göstərir ki, Azərbaycanın bir çox şəhərləri kimi Bakı da antik dövrdə iqtisadi cəhətdən inkişaf etmiş və sıx əhaliyə malik olan iri yaşayış məntəqəsinin böyüməsi nəticəsində meydana gəlmişdir.

Bakı hələ qədim zаmаnlаrdаn təкcə Cənubi Qafqazda dеyil, еləcə də Yахın Şərqdə əhаlinin sıx məskunlaşmış şəhərlərdən biri кimi tаnınmışdır. Əlvеrişli iqlimi, təbii-cоğrаfi şərаiti, təbii sərvətlərin bоlluğu, buradan кеçən bеynəlхаlq əhəmiyyətli ticаrət yоllаrı bu şəhərin iqtisаdi cəhətdən inкişаfınа кöməк еtmişdir. Bakının ürəyi hesab edilən İçəri Şəhər Orta Şərqin ən qədim məskənlərindən biridir.

Azərbaycan ərazisi coğrafi mövqeyinə, təbii sərvətlərinə, insanların yaşaması üçün müvafiq iqlim şəraitinə malik olduğuna görə burada həyat qədim Daş dövründən başlayaraq fasiləsiz olaraq davam etmiş və nəticədə  yaşayış məskənləri, daha sonra  şəhərlər və onların içərisində öz inkişaf tempinə görə fərqlənən paytaxt şəhərlər meydana gəlmişdir”.

AMEA-nın müxbir üzvü Cəfər Qiyasi “Bakı Şirvanşahlar sarayı binası” adlı məruzəsində qeyd etdi ki, saray XII – XV əsrləri əhatə etməklə 3 mərhələdə tikilib. Daha çox sığınacaq, qala finksiyası daşıyan saray kompleksi Azərbaycanı tarixinin dəyərli memarlıq abidələri sırasındadır.

Fizika elmləri doktoru, professor Tələt Mehdiyevin “Səlimxanovlar və Bakı tarixi” məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla dinlənildi. Səlimxanovlar nəslinin şəcərəsinin tədqiqinin araşdırmaçıların diqqətindən kənarda qalmasını qeyd edən Tələt Mehdiyev İçəri şəhərdəki Buxara karvansarasının və Qasım bəy məscidinin  bu nəslin nümayəndələri tərəfindən tikilməsinin faktlarla öz təsdiqini tapmasına diqqət çəkdi.

Tarix elmləri doktoru, professor Solmaz Tohidi İçəri şəhərin Azərbaycan tarixinin ayrılmaz hissəsi olduğunu vurğuladıqdan sonra Bakıya  “Şollar” su kəmərinin çəkilməsinin 100 illik  tarixinə qısa ekskurs etdi. Tarixçi alim “Şollar” suyunun çəkilməsi ilə bağlı erməni burjuaziyasının müqavimətini faktlarla konfrans iştirakçılarının diqqətinə çatdırmaqla yanaşı, Bakı şəhər Dumasının sənədlərinin toplu halında nəşr olunmasını da təklif etdi.

Tarix üzrə fəlsəfə doktoru İdris Əliyev “Böyük Qala,50” ünvanında aparılmış arxeoloji qazıntılar zamanı XVII-XVIII əsrlərə aid hamam kompleksinin aşkar edilməsindən danışdı, hamam kompleksi və ərazidən tapılmış əşyalar slayd-şou vasitəsilə konfrans iştirakçılarına nümayiş etdirildi.

Bundan əlavə, professorlar K.İbrahimov, N.Quliyeva, X.Qasımov, tarix üzrə fəlsəfə doktoru D.Əzimli və başqaları məruzələr etmişlər.

1905.az

15750373_1553467391335868_2109194559_n

15750276_1553467468002527_1594238980_n15782165_1553467494669191_49324785_n

Tweet
1905.az

Oxşar yazılar

1. Azərbaycan-Türkiyə sənədləri imzalanıb 2. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gəlib 3. Azərbaycanın yeni hökumətinə bu nazirlər və komitə sədrləri təyin olunub 4. Prezident İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul edib 5. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb 6. Milli Məclis Novruz Məmmədovun Azərbaycanın Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verib

azərbaycan xalq cümhuriyyəti - 100

Kvartet

QONDARMA SOYQIRIMIN NÖVBƏTİ “AD GÜNÜ” VƏ BİLDİKLƏRİMİZ

SERİALLARIMIZ

DIASPOR MEDIADA

“Çek-ap”

SOYQIRIM: 1918-2018

avciya
avciya.az Azərbaycanda Vətəndaş Cəmi̇yyəti̇ni̇n İnki̇şafina Yardim Assosi̇asi̇yası

Müsahibə

Cəbi Bəhramov

“Dağlıq Qarabağ məsələsi yalnız 1988-ci ildə qalxmamışdı”

Nigar Gözəlova

“Sübut və dəlillərlə danışanda ermənilərin çığır-bağır salmaqdan özgə yolları qalmır”

Jalə Mütəllimova

“Məişət səviyyəsinə endirdiyimiz publika ilə biz heç yerə gedə bilməyəcəyik.”

Musa Qasımlı

“1918-ci ildə Bakıda azərbaycanlı əhalinin dörddə bir hissəsi öldürülüb”

Firdovsiyyə Əhmədova

“Topçubaşov Bakı küçələrində gəzərək, qırğınların qarşısını almağa səy göstərirdi”.

Solmaz Rüstəmova Tohidi

“Azərbaycan Demokratik Respublikasının sovet işğalı ilə əlaqədar 1918-ci il qırğınları ilə bağlı siyasi qərar verməyə vaxtı çatmayıb”

Sütun

Fuad Babayev

Mübarizin arzusu

QUBANIN AĞ ALMASI

Ulu öndərin xeyir-duası ilə

WORLD OF TANKS

52 İLLİK 2 PROSESİN SONU 

Anar İsgəndərov

1918-ci ildə Şamaxı qəzasında həyata keçirilən soyqırımı

Kərim Şükürov

“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili

Şıxəli Əliyev

Erməni “soyqırımı”nın fotoşəkli 20 Yanvarda çəkilib?

İLYAS BABAYEV (1935-2017)

Tarixi Azərbaycan

Azərbaycan Xalq Cümhuriyyəti

1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.

Bizim sənətçi

RETROSPEKTİVA – Mübariz İbrahimovun obrazını mozaikada işləmək istəyən ƏMİRXAN MƏMMƏDVƏLİYEV

 – Əmirxan müəllim, neçə illərdir mozaika işi ilə məşğulsunuz…

–  Bu işlə 1976-cı ildən məşğulam. İlk işim də indiki “Azərbaycan” nəşriyyatının qarşısındakı tablo və böyründəki rəngli şüşədən vitraj olub.

Irs

Xocalıda məhv edilən həm də tarixi və mədəni abidələrimizdir

 

Bu ulu yurdda minilliklərin şahidləri, əsrlərin yadigarları da vandalizmin qurbanlarına çevrildi

 

Xocalı sözü nəinki bu ulu yurdun həsrətini çəkənlərin, hətta “dünyanın o başına kimi səpələnən” soydaşlarımızın dilinin əzbərinə, ağı-bayatısına çevrilib. Xocalı şəhəri Yuxarı Qarabağın dağlıq hissəsində, Kiçik Qafqazın Kirs və Qırxqız dağlarının qoynunda yerləşir.

Söz

Məmməd Araz – Ayağa dur, Azərbaycan!

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!

Infoqrafika

Xocalı 1992

az_infoqrafika-Xocali

Bukinist Mendel

Bir səfirin sərsəmləmələri

bukinist mendel foto

“Səfir Morqentaunun tarixçəsi. Erməni xalqının faciəsi” kitabı 2010-cu ildə Moskvada, “Sentopoliqraf” nəşriyyatında çap olunub. Kitab 1913-1916-cı illərdə Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri olan Henri Motqentau tərəfindən qələmə alınıb. Xüsusi olaraq qeyd edək ki, Henri Morqentaunun qələmə aldığı kitabın əsil adı “Səfir Morqentaunun tarixçəsi”dir və “Erməni xalqının faciəsi” adının buraya əlavə edilməsi kitabın rus naşirlərinin təşəbbüsüdür. Elə həmin naşirlər tərəfindən də kitabın annotasiyasında nəşrdə Türkiyə imperiyasının şərq əyalətlərində yaşayan ermənilərin qırılmasının təsvir olunduğu vurğulanır. Halbuki 319 səhifəlik kitabın yalnız onda bir hissəsi ermənilərlə bağlı məsələlərə həsr olunub.

Wallpaper

Kəlbəcər rayonu, Tağlıdaş körpüsü

+++az_oboy_Kəlbəcər rayonu_Tağlıdaş körpüsü

Studio Analitik qrupu Diskussiya klubu Kitabı Səyyar qalereya

© 2018 1905.az | Bütün hüquqlar qorunur.

1905.az STUDIO
  • Azərbaycanlıların soyqırımları
  • Ermənistanın Azərbaycana təcavüzü
  • Atəşkəs davam edir…
  • Erməni dövləti
  • Azərbaycanlıların deportasiyaları
  • Bizim sənətçi
  • Bukinist Mendel
  • Bizim Tarix
  • Irs
  • Wallpaper
  • Infoqrafika
  • Dəyirmi masa
  • Sütun
  • müsahibələr
  • Foto