Böyük ənənələrə malik “Kaspi” qəzetinin 135 yaşı tamam olur. Nəşr olunduğu bütün dövrlərdə “Kaspi” nüfuzlu mətbuat orqanı kimi seçilib. Görünüş etibarilə dəyişsə də, qəzet mövzulara münasibətdə yenə də əvvəlki peşəkarlığı qoruyur, ənənələrə sadiqdir. Bu gün Azərbaycan informasiya mühitini “Kaspi” qəzeti olmadan təsəvvür etmək mümkün deyil. Dəyərli həmkarlarımızı bu əlamətdar tarix münasibətilə ürəkdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları diləyirik.
1905.az